ULTRA şirkəti BakuTel Telekommunikasiya sərgisində yeni inteqrasiya sistemlərini təqdim edəcək
Cümə axşamı, 11 Noyabr 2010 ərzində olan dəyişikliklər Cümə axşamı, 11 Noyabr 2010
Ölkənin aparıcı İT şirkətlərindən biri olan Ultra şirkəti 2010-cu ildə bir neçə yerli və beynəlxalq sərgilərdə iştirakdan sonra ənənəvi olaraq BakuTel Telekommunikasiya sərgisində iştiraka hazırlaşır.
Ultra şirkəti BakuTel sərgisində yeni NEXUS məhsullarından, elektron həllərdən savayı yeni inteqrasiya sistemlərini də təqdim edəcəkdir. E-İmza, E-Sənəd Dövriyyəsi, E-Təhsil, E-Bankinq, E-Muzey Bələdçisi, E-Notariat, HRM sistemlərindən əlavə olacaq yeni “u-Safe” – Sığortaların idarəolunması və 1C Maliyyə inteqrasiya sistemləri olacaqdır.
BakuTel 2010 telekommunikasiya sərgisində Ultra şirkətinin təqdim edəcəyi “u-Safe” – Sığortaların idarəolunması və 1C Maliyyə həlləri haqqında qısa informasiyalar:
“u-Safe” – Sığortaların idarəolunması
“U-Safe: Sığorta polislərinin uçotu və satışı” müasir proqram məhsulu “1C: Müəssisə 8.1” platforması əsasında sığorta polislərinin uçotunun və satışının avtomatlaşdırılması üçün işlənib hazırlanıb. Bu proqram məhsulu vasitəsilə sığorta şirkətində bütün növ sığorta və birgə siğorta üzrə satışların idarə olunması həyata keçirilir. Həllin işlənib hazırlanması zamanı aşağıda göstərilən əsas məqsədlər qoyulmuşdur:
- Tipli sığorta əməliyyatlarının maksimal dərəcədə əhatə olunması
- İstismar zamanı sürətli işin təmin olunması
- Əlavə blokların qurulmasının modul prinsipi
- İstifadəçilərin proqramla iş zamanı maksimal rahatlığı
- Mülayim interfeys və sənəd dövriyyəsi
- Əməkdaşların əmək məhsuldarlığını yüksəldən müşayiət interfeysi sisteminin qurulması
- Digər proqram həlləri ilə (1C: Mühasibatlıq) mümkün inteqrasiya
Sistem sığortada ziyanların tənzimlənməsini avtomatlaşdırır və sığorta ödənişi məsələsinin həll edilməsinin bütün mərhələlərində sığortalanmış şəxslə münasibətlərin reqlamentləşdirilməsini təmin edir. Bu növ həll prosesləri və sənəd dövriyyəsini idarə edən sığorta polislərin uçotu və satışı üzrə sistem ilə əlaqələndirilir. “1C: Sığorta polislərinin uçotu və satışı” aşağıda göstərilən imkanları təqdim edir:
- Sığorta, birgə sığorta və təkrar sığorta müqavilələrinin uçotu
- Tarifin avtomatik hesablanması
- Ciddi hesabat blanklarının uçotu
- Ziyanların tənzimlənməsi
- Kontragentlərlə qarşılıqlı hesablaşmalar
- Ehtiyatların hesablanması
- Paylaşdırılmış məlumat bazası
- 1C: Mühasibatlıq ilə inteqrasiya
Yaradılmış sistemin əsas tətbiq olunan modulları bunlardır: CHB (ciddi hesabat blanklarının) uçotu, sığorta müqavilələrinin uçotu, ziyanların tənzimlənməsi, kontragentlərlə qarşılıqlı hesablaşmalar, sığorta hesabdarlığı, ziyanların birbaşa tənzimlənməsi, şəxsi sığorta, ödənişlərə mərkəzləşdirilmiş nəzarət, idarəçilik hesabdarlığı.
1C Maliyyə
Büdcə təşkilatlarında mühasibat uçotu büdcə quruluşu və büdcə prosesi barədə qanunvericiliklə, büdcə müəssisələrində və təşkilatlarında mühasibat uçotu üzrə təlimatla şərtləndirilən xüsusiyyətlərə malikdir. ULTRA şirkəti tərəfindən “1C: Müəssisə 8.1” platforması əsasında işlənib hazırlanmış proqram təminatı müstəqil balansa malik olan və respublika fondundan, həmçinin büdcədənkənar dövlət fondundan gəlirlər və xərclər smetası əsasında maliyyələşdirilən və Büdcə uçotunun hesablar planı üzrə uçot aparan büdcə müəssisələrinin mühasibat uçotunun avtomatlaşdırılması üçün nəzərdə tutulub. Həll büdcə təşkilatlarının mühasibat uçotunun avtomatlaşdırılması üçün nəzərdə tutulan proqram vasitələrinə irəli sürülən tələblərə tam şəkildə cavab verir:
- Büdcə uçotunun standart metodologiyası;
- Qanunvericiliyin operativ dəstəklənməsi;
- Büdcə uçotunun əsas sahələrinin avtomatlaşdırılması üzrə hazır həllərin tam funksiyalı kompleksi;
- Balansın tərtib olunması ilə bütün uçot bölmələri üzrə sənədləşmənin vahid qarşılıqlı əlaqəli texnoloji emal prosesi;
- Vahid informasiya məkanında iş;
- Vahid sənəd dövriyyəsi;
- Məlumatların birdəfəlik daxil edilməsi:
- Mühasibat və vergi hesabatlarının elektron şəkildə formalaşdırılması;
- Xarici hesabatların əlavə edilməsi imkanı, istənilən hesabat məlumatlarının excel-fayl formatında saxlanılması.
və proqram təminatını əksər büdcə – büdcə vəsaitlərini alan təşkilatlarda istifadə oluna bilən hazır həll kimi təqdim etməyə imkan yaradan bir çox digər funksiyalar. Maliyyə orqanlarının uçotun mərkəzləşdirilməsində ehtiyacını nəzərə alaraq, proqram təminatında həm ümumi, həm də ayrıca (müəssisələr, struktur bölmələri üzrə) baş kitablar və balanslar alınmaqla bir məlumat bazasında bir büdcə müəssisəsinin və ya büdcə müəssisələr qrupunun (müəssisənin struktur bölmələrinin) mühasibat uçotunun aparılması imkanı realizə olunub. Müəssisələr üzrə ayrıca uçotdan əlavə, konfiqurasiya analitik uçotun 5-ə qədər bölməsini dəstəkləyir. Konfiqurasiyada həmçinin paylaşdırılmış məlumat bazaları ilə iş və digər imkanlar nəzərdə tutulub. Belə ki, yeni həllin əsas funksional imkanları bunlardan ibarətdir:
- Vəsait növləri üzrə xüsusiləşdirilmiş uçotun aparılması
- Xərclərin sanksiyalaşdırılmasının uçotu
- Büdcə məlumatının ötürülməsi və kassa icrası əməliyyatlarının uçotu
- Nəğd pul vəsaitlərinin uçotu Tədarükçülər və podratçılarla hesablaşmaların uçotu Qeyri-maliyyə aktivlərinin uçotu
- Dövlət müqavilələrinin və büdcə vəsaitləri hesabına icra olunmalı digər müqavilələrin uçotu
- Hesabatların formalaşdırılması
- Yanlış hadisələrə nəzarət və onların istisna edilməsi;
- Məlumat mübadiləsi;
- Məlumat axtarışı;
- Uçot məlumatına müraciətin idarəolunması;
- Rollar mexanizmi əsasında istifadəçilərin müraciət hüquqlarının sazlanması, interfeysin və istifadəçi dilinin müəyyən edilməsi;
- İstifadəçilərin iş yerləri (rolları) üzrə məlumata müraciət hüquqlarının bölüşdürürlməsinin sazlanması;
- İstifadəçilərin fəaliyyətinin və sistem hadisələrinin qeydiyyat jurnalı;
- Məlumat bazasının yüklənməsi və boşaldılması imkanı;
- Platformanın və tətbiqi həllərin platformasının quraşdırılma və yenilənmə vasitələri;
- Paylaşdırılmış məlumat bazaları ilə iş.
Layihə rəhbəri və maliyyə təhlili və mühasibat uçotu sahəsində aparıcı mütəxəssis İnarə Mustafayevanın qeyd etdiyi kimi: “Proqram təminatının üstünlükləri - erqonomik interfeys, iqtisadi və analitik hesabatların inkişaf etmiş qurulma vasitələri, prinsip etibarilə yeni məlumat təhlili və axtarışı imkanları, yüksək miqyaslaşdırma və məhsuldarlıq, inteqrasiyaya yeni yanaşma, sistem inzibatçılığının münasibliyi – bütün bunlar büdcə sahəsi üçün nəzərdə tutulmuş həlli yeni avtomatlaşdırılma səviyyəsinə yüksəldir. Təkmilləşdirilmiş proqram təminatının tətbiqi nəticəsində xəzinə sistemləri və “Müştəri-bank” tipli sistemlərlə məlumat mübadiləsi realizə olunacaq. Digər proqramlardan məlumatın yüklənməsi, təsnifatçıların və valyuta kursunun yüklənməsi, həmçinin dövlət təsnifatçılarının istifadəsi mümkün olacaq. İstifadəçilərin İntenet vasitəsilə dəstəyi və, şübhəsiz ki, konfiqurasiyanın avtomatik yenilənməsi həyata keçirilir.