Şirkət haqqında

Ultra Computers şirkəti 1999-cu ildə təsis edilmişdir. Azərbaycanın aparıcı İT şirkətlərindən biri olmaqla yanaşı, Intel® korporasiyasının “Intel® Technology Provider Platinum 2011” statuslu distribütoru və avtorizə edilmiş Intel® məhsullarının səlahiyyət verilən anbarına malikdir.

Ultra şirkəti Microsoft, İBM, HP, Cisco, Oracle, Canon, Sony, Toshiba, Tripp-Lite, Genius, Lynksys, Apacer və bir sıra beynəlxalq şirkətlərin Azərbaycanda rəsmi statuslu tərəfdaşıdır.ətraflı ›››

Şirkətin işçi heyəti şirkətin inkşafı üçün güclü və effektiv çalışan 150 nəfərdən artıq bir qrupdan ibarətdir. Ultra şirkətinin bütün əməkdaşları daim öz bilik səviyyələrini artıran, yüksək texniki savada malik olan yerli və xarici vətəndaşlardan ibarət kollektivdir.

Azərbaycanın və regionun aparıcı şirkətlərindən biri olan Ultra şirkətinin əsas fəaliiyət dairəsi interaktiv İT Həllər , proqramlaşdırma, İT məhsullarının istehsalı, idxalı və ixracı, dünyaca tanınmış İT korporasiyaların (İntel, Microsoft, HP, Cisco və s.) Azərbaycanda rəsmi təmsilçiliyi və bu məhsulların distribütorluğu daxildir. 11 ildən çoxdur ki uğurlu fəaliyyət göstərən şirkət daim yenilikçiliyi və inkişaf dinamikası ilə seçilməkdədir.

Ultra şirkəti hazırda E-Təhsil, E-Sənəd Dövriyyəsi, E-İmza, E-Səhiyyə və s. kimi qlobal əhəmiyyətli iri elektron layihələrinin yerinə yetirilməsini həyata keçirməkdədir. Şirkət  milli istehsal brendi NEXUS noutbuk, kompüter, monitor, proyektor, LCD/LED tv istehsalı ilə fəaliyyətini genişləndirir və xarici ölkələrdə bu milli brendin geniş yayılması üçün aktiv iqtisadi siyasət aparmaqdadır. 


Ultra – Daim yenilik prinsipi ilə çalışaraq 12 illik fəaliyyəti ərzində bir sıra böyük nailiyyətlər əldə etmişdir:

2003-cü ildə Ultra Azərbaycanda və Cənubi Qafqazda NEXUS ticarət markası altında ilk noutbuk və daha sonra kompüter və server istehsalına başlamış ilk şirkət olmuşdur. Noutbuk və fərdi kompüterlərin hər bir məhsul xəttində 20-dən artıq unikal modellər təklif etdiyi üçün ilin ən mötəbər milli mükafatı olan UĞUR-2003, İntellekt-2004/2005 mükafatına layiq görülmüşdür. NEXUS notbukları və kompüterləri Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin həyata keçirdiyi dolğun sınaqlardan keçmişdir and beynəlxalq keyfiyyət standartlarına uyğunluq sertifikatını (AZS) almışdır. Bundan əlavə, şirkət bütün məhsul və menecment prosesləri üçün İSO:9001 sertifikatını almışdır.

2004-cü ildə Ultra Şirkəti İntel Korporasiyası ilə birgə Azərbaycanda və Cənubi Qafqazda ilk dəfə Bakı Biznes Mərkəzində (Milli Park) simsiz internet əlaqəsini işə salmışdır.

2004-cü ildə Ultra Şirkəti Naxçıvan MR-nın İcra Hakimiyyətinin, Naxçıvan şəhər Administrasiyası və AR-ın Təhsil Nazirliyi, AR-nın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və İntel Korporasiyasının yardımı ilə Naxçıvan Muxtar Respublikasının, Naxçıvan şəhərində yerləşən 3 saylı orta məktəbdə yeni kompüter texnologiyalarından istifadə vasitəsilə təhsil sisteminə yeni yanaşma metodunu təqdim etmişdir. Məktəbə İntel® Centrino texnologiyası əsasında işləyən NEXUS® notbukları, elektron təqdimat üçün multimediya proyektoru, NEXUS® serveri təqdim edilmiş və həmçinin simsiz internet əlaqəsi yaradılmışdır.  

21 dekabr, 2004-cü ildə AR-nın Təhsil Nazirliyinin, AR-nın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və İntel Korporasiyasının yardımı ilə digər belə bir layihə Ultra şirkəti tərəfindən Bakı şəhərinin 6 saylı liseyində həyata keçirilmişdir. Məktəbdə simsiz internet əlaqəsi yaradılmışdır.

2004-2005-ci illərdə Azərbaycanın təhsil müəssisələrində İT infrastrukturunun inkişafI proqramını reallaşdırmaqla, Ultra şirkəti İntel Korporasiyası ilə birlikdə Bakı Dövlət Universitetində, Azərbaycan Dövlət İqtisad Universitetində, Azərbaycan Dövlət Tibb Universitetində, Xəzər Universitetində, Odlar Yurdu Universitetində Universitet Həyəti Proqramını həyata keçirmişdir. Kompüter avadanlığının nümayiş sərgiləri təşkil olunmuş, həmən ali təhsil müəssisələrində simsiz internet əlaqəsi işə salınmışdır. Intel Korporasiyası Ultra şirkətini bu fəaliyyətinə görə "İntel-Centrino əsaslı mobil sistemlərin yayılmasında istisnavi nailiyyətlər" adlı xüsusi eksklüziv mükafat ilə təltif etmişdir.

2006-cı ildə Ultra Şirkəti simsiz internet əlaqəsi ilə əhatə olunan zonaların sayını və radiusini genişləndirməyi və NEXUS® notbuklarını və personal kompüterlərini Rusiya, İran, Gürcüstan, Qazaxstan, Özbəkistan, Türkmənistan və digər ölkələrə ixracını inkişaf etdirir. 

2006-2007-ci illərdə Ultra şirkəti 4500 orta məktəbə multimediya avadanlığının (noutbuk, proyektorlar, ekranlar və s.) təchiz edilməsinə dair Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə müqavilə imzalamışdır.

2007-ci ildə Ultra şirkəti Avropa Birliyinin, BMİP-ın Türkiyə, Gürcüstan və s. ölkələrdə İT həllərini əhatə edən beynəlxalq tenderlərdə qalib gəlmişdir. 

2008-ci ildən  Ultra şirkəti E-həllər: E-imza, E-təhsil, E-sənəd dövriyyəsi layihələrini  həyata keçirmişdir.

2009-2010-ci illərdən şirkət inteqrasiya sistemləri sahəsini inkişaf etdirmiş, iri layihələri həyata keçirtməyə başlamışdır. E-Sığorta, E-Maliyyə, E-Notariat, E-bank və s. sistemlərin tətbiqinə başlamışdır.

2011-ci ildi şirkət inteqrator şirkət kimi bazar payını böyütməyə başlamışdır. E-İmza layihəsini uğurla tətbiq etmişdir.

2012-ci ildə şirkət daha böyük layihələrin icrasını öhdəliyinə götürmüşdür. Ultra şirkəti Azərbaycanda keçirilən EuroVision 2012 musiqi müsabiqəsinin rəsmi portalı yaratmış, 17 yaşlı qadınlar arası keçirilən futbol üzrə dünya çempionatının tam texniki dəstəyini vermişdir. Bundan başqa Ultra şirkəti Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ”ASAN xidmət” 1 saylı mərkəzinin tam infrastrukturu qurmuş,  inteqrasiya sistemləri tətbiq etmiş və ən son texnologiyalar əsasında rəsmi saytı hazırlanmışdır.


 
 U-SAFE
 


Tərəfdaşlar üçün Biznes üçün Ev üçün