Şirkət missiyası
Növbəti 5 il üçün Ultra şirkətinin əsas məqsədi regional kompleks həllər (software, hardware) təklif edən şirkətə çevrilmək, növbəti 10 il üçün isə Avropanın lider şirkətlərindən birinə çevrilmək
Missiyaya nail olmaq: təklif etdiyimiz məhsul və xidmətlərin keyfiyyəti və müştərilərimizin razılığı deməkdir.
Yerinə yetirilmiş missiyalarımız:
Təhsil sahəsi
• Bakıda və MDB-də ilk Mobil Simsiz Təhsil Sistemlərinin məktəblərə hədiyyə edilməsi;
• 18 Dövlət Universitetində Simsiz zonaların yaradılması;
• Bölgələrdə olan məktəblərin təhsil səviyyəsinin müasirləşməsi üçün noutbuk və proyektorlarla təmin olunması;
• 2 orta məktəbdə E-Təhsil və Elektron İdarəetmə sisteminin yaradılması;
• E-Təhsil layihəsi çərçivəsində interaktiv dərsliklərin hazırlanması;
Humanitar sahə
• Tələbələrə 3 il ödəməklə güzəştli kredit sisteminin yaradılması;
• Universitet tələbələri arasında noutbuk uduşlu yarışların keçirilməsi;
• Naxçıvanda İKT Olimpiadasının dəstəklənməsi;
• Tələbələrə təqaüdlərin kəsilməsi;
• Təhsilin İnkşafı Fondunun həmtəsisçilərindən biri;
• Sumqayıtda İT Akademiyanın açılışının dəstəklənməsi;
İKT sahə
• Intel koorparasiyasının ən yüksək statusunun qazanılması;
• Yeni texnologiyaların MDB-də ilk olaraq Azərbaycanda premyerası;