Azərbaycanın ULTRA şirkəti Belarusa “Elektron imza” sahəsində həllər təqdim edəcək

9 fevral İnformasiya texnologiyaları üzrə Azərbaycan-Belarus biznes forumu çərçivəsində   “Sistem texnologiyaları” (Belarus) və “ULTRA” (Azərbaycan) şirkəti arasında əməkdaşlıq haqqında strateji tərəfdaşlıq müqaviləsi imzalandı.

Ultra şirkətinin prezidenti Tahir Mirkişilinin verdiyi məlumata əsasən, bu müqavilə çərçivəsində “Sistem texnologiyaları” şirkəti tərəfindən Azərbaycana bank həllərinin təchizatı planlaşdırılır. Bu həllər əsasən sms-banking və İnternet-banking aid olacaq və lokallaşdırılaraq Azərbaycanda tətbiq olunacaq.

«ULTRA şirkəti isə öz növbəsində Belarusa “elektron imza” və “elektron təhsil” həllərini təqdim edəcək», -T. Mirkişili deyib.

Şirkətin rəhbəri qeyd etdi ki, müqavilə çərçivəsində adaptasiya imkanlarını və hər iki ölkədə mövcud olan qanunvericiliyin qanunauyğunluğunu analiz edən ikitərəfli İş qrupu yaradılacaq.

Eyni zamanda T. Mirkişili söylədi ki, Azərbaycanın bank sektorunun illik dövriyyəsi  $20 mln, Belarusun “elektron təhsil” və “elektron imza” sektorunun illik dövriyyəsi isə $15 mln təşkil edir.

“Sistem texnologiyaları” şirkəti Belarusiyada maliyyə sektoru üçün xidmət göstərən  və proqram təminatı ilə təmin edən və aparıcı tərtibatçı olan “ST-Qrup” İnnovasiya birliyinə daxildir.
Xüsusilə, şirkət aparıcı istehsalçıların yüksək keyfiyyətli hissələrini istifadə edərək müxtəlif modelli informasiya və ödəmə terminallarını istehsal edir.Şirkət bank biznesinin spesifikasiyasına müvafiq olan müxtəlif modelli ödəmə terminallarını təklif edir.
Orta aylıq satış həcmi 200-dən çox avadanlıq təşkil edir. İstehsal gücünün artırılma imkanı ayda 400-ə qədər mümkündür.

ULTRA şirkəti Azərbaycanda iqtisadiyyatın müxtəlif sektorlarını təmsil edən korporativ müştəriləri proqram təminatı, xidmət və texnologiya təchizatı ilə təmin edən aparıcı şirkətlərdən biridir.Şirkət Azərbaycanda Elektron Hökümətin müxtəlif həllərinin həyata keçirilməsində aktiv iştirak edir.


 
 Elektron təhsil
 


Tərəfdaşlar üçün Biznes üçün Ev üçün