Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi elektron sənəd dövriyyəsi sistemini tətbiq etdi

Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi “Megapolis DocNet” elektron sənəd dövriyyəsi sistemini tədbiq etdi. Bu haqda İqtisadi İnkişaf Nazirliyinin mətbuat katibi Abbas Əliyev Bazar ertəsi xəbər vermişdir.

Onun sözlərinə əsasən sistemin tətbiqi lazımi ünvanlara müvafiq sənədlərin hazırlanması və göndərilməsinin daha operativ həyata keçirilməsinə imkan yaratdı və həmçinin insan resurları və kağız daşıyıcılardan isitfadə dərəcəsini azaltdı.

Hal-hazırda korporativ səviyyədə müəssisədə elektron imza da tətbiq edilir.

Layihə üzrə texniki işlər elektron idarəetmə sisteminin yaradılması və tətbiqi üzrə texniki spesifikasiyaların yaradılması tenderində qalib olan yerli İT şirkəti Ultra tərəfindən həyata keçirilib.

Ultra şirkətindən verilən məlumata əsasən, layihə mərhələlər üzrə realizə olunur və bu günə kimi nazirlikdə sənəd dövriyyəsini avtomatlaşdırmağa imkan yaradan bir sıra modullar tətbiq edilib. Növbəti mərhələdə yeni modulların əlavə edilməsi yolu ilə imkanların genişləndirilməsi nəzərdə tutulub. İlkin məlumatlara görə sistemin tam tətbiqi üzrə işlərin başa çatması iyulun ortasına gözlənilir.

Layihə çərçivəsində “Kadrların idarə edilməsi” və “Vətəndaşların müraciətlərinə baxış” modullarının tətbiqi nəzərdə tutulub. “Vətəndaşların müraciətlərinə baxış” modulu vətəndaşların sorğularını daha effektiv cavanblandırmağa və bu prosesi daha da şəffaf etməyə imkan yaradacaq.  “Kadrların idarə edilməsi” modulu isə kadrların professional səviyyələrini artırmağa imkan yaradacaq. Gələcəkdə elektron idarəetmə sistemi nazirlik tabeliyində olan bütün strukturlar üzrə genişləndiriləcək.


 
 HRM Sistemi
 


Tərəfdaşlar üçün Biznes üçün Ev üçün