Ultra şirkəti e-Təhsil layihəsi çərçivəsində növbəti məktəbdə sisteminin istifadəsini təhvil verdi

2008-2012-ci illərdə Azərbaycan Respublikasında Təhsil Sisteminin İnformasiyalaşdırılması üzrə Dövlət Proqramı çərçivəsində Ultra şirkəti e-Təhsil sisteminin tam istifadəsini təhvil verdi. Sistemin tam hazırlanması üçün neçə aydır ki, hazırlaşan konsorsium şirkətlər e-Təhsil layihəsi üzrə layihənin sistemini tətbiq etdilər.

Artıq “Elitar Gimnaziya”-da e-Təhsil sisteminə tam qoşuldu. Bununla yanaşı, e-Təhsil layihəsinə 10 məktəb tam qoşulmuşdur.

Elitar Gimnaziyanın müəllim heyəti e-Təhsil sisteminin özəlliklərindən istifadəyə başlayıblar. Artıq müəllimlər elektron jurnaldan, elektron dərslərin idarəetmə proqramından və Təhsil Portalından istifadə etməyə başlayıblar. E-Təhsil sisteminin tam tətbiqi üçün Gimnaziyanın bütün müəllimlərinə xüsusi treyninqlər keçirilmişdir. Təhsilin tam informasiyalaşdırılması üçün məktəb Azərbaycan Respublikası Təhsil Nazirliyinin nəzdində olan Təhsilin İnformasiyalaşdırılması İdarəsində yerləşən təhsil şəbəkəsinə qoşularaq yüksək sürətli fibrooptik kabelli internetə qoşulmuşdur.

e-Təhsil layihəsi çərçivəsində artıq Elitar Gimnaziya şagirdlərinin valideynləri də bu inteqrasiya həllindən yararlana biləcəklər. Beləliklə, tam istifadəyə verilmiş sistem üzrə valideynlər öz övladlarının qiymətlərini Azərbaycan Respublikasının Təhsil Portalının (www.edu.az) “Valideyn Nəzarət Səhifəsi”-nə keçid almaqla öyrənə bilərlər. Bunun üçün məktəb tərəfindən verilmiş istifadəçi adı və şifrədən istifadə etmək lazımdır.

Qeyd edək ki, 2008-2012-ci illərdə Azərbaycan Respublikasında Təhsil Sisteminin İnformasiyalaşdırılması üzrə Dövlət Proqramı Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Ultra şirkətinin rəhbərlik etdiyi və Siveco, Microsoft, HP, İntel, Cisco və Mədəd Azərbaycan şirkətlərindən ibarət olan beynəlxalq konsorsium tərəfindən tətbiq edilir.




 
 U-SAFE
 


Tərəfdaşlar üçün Biznes üçün Ev üçün