Heydər Əliyev fondu təmir edilmiş müasir məktəbi Ulyanovsk şəhərinə hədiyyə etdi

Yeni dərs ilinin əvvəlində Heydər Əliyev fondu Ulyanovsk şəhərinə müasir məktəb hədiyyə etdi.

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın təşəbbüsü və şəxsi nəzarəti altında “Təhsilə dəstək” layihəsi çərçivəsində Ulyanovsk şəhərində 78 saylı orta ümumtəhsil məktəbinin binası əsaslı təmir olundu.

Bu hadisə müvafiq olaraq əsas fəaliyyət istiqamətlərindən biri də Azərbaycanın digər dövlətlərlə humanitar əlaqələrinin möhkəmləndirilməsi, respublikada və xaricdə təhsil müəssisələri ilə sıx əməkdaşlıq, məktəblərin tikintisi və təmirinə yardım (o cümlədən ölkəmizdən kənarda) olan Fondun adına yazıldı.


Məktəbin rəsmi açılış mərasimində Ulyanovsk vilayətinin rəhbərləri, Azərbaycanın RF-dakı səfiri Polad Bülbüloğlu, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov, Ultra şirkətinin baş direktoru Tahir Mirkişili, o cümlədən Ümumrusiya Azərbaycanlılar Konqresinin Ulyanovsk regional şöbəsinin nümayəndələri iştirak etdilər.

Əvvəlcə mərasim iştirakçıları Azərbaycanın ümummilli lideri Heydər Əliyev və görkəmli siyası xadim Nəriman Nərimanovun Ulyanovskdakı abidələrinin önünə gül qoydular.

Təntənəli mərasimi məktəbin direktoru Qennadi Tsarev açdı. O Heydər Əliyev Fonduna ulyanov şəhərinin sakinlərinə etdiyi qiymətli hədiyyəyə görə dərin minnətdarlığını bildirdi.
Ulyanovsk vilayətinin qubernatoru Sergey Morozov da mərasimdə çıxış edərək Fondun prezidenti şəxsən Mehriban Əliyevaya məktəbin əsaslı təmirindəki hər cür dəstəyinə görə təşəkkürünü ifadə etdi. “Məktəbin Fond tərəfindən həyata keçirilən “Təhsilə dəstək” layihəsində iştirakı Rusiya-Azərbaycan münasibətlərinin təkcə iqtisadi deyil, həm də sosial sahədə inkişafı və möhkəmlənməsinə nümunədir. Bu millətlərarası əməkdaşlıqda mühüm addımdır. Məktəbin şagirdləri mədəniyyət və tarix muzeyinin yaradılması sayəsində dost ölkə, onun hərtərəfli mədəniyyəti, zəngin tarixi ilə tanış ola bilərlər. Fondun bizim uşaqların təhsil və tərbiyəsinə töhfəsi gələcək nəsillər tərəfindən layiqincə qiymətləndiriləcək. İnanıram ki, gələcəkdə bizim tərəfdaşlığımız yalnız möhkəmlənəcək və inkişaf edəcək, Azərbaycan Respublikası və Ulyanovskun qarşılıqlı zənginləşmə ənənələri yeni layihələrlə genişlənəcək”, - qubernator dedi. O xüsusi olaraq qeyd etdi ki, Ulyanovsk MDB məkanında Azərbaycanın ümummilli lideri, Ulyanovskun böyük dostu Heydər Əliyevə abidə qoyulmuş ilk şəhərdir və bu diyara daim qayğı göstərmiş insana hörmətin əlamətidir.

Sonra S.Morozov Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkpərova Fondun prezidenti Mehriban Əliyevanın “Ulyanovsk vilayəti ərazisində Azərbaycan mədəniyyəti, Azərbaycan dili və milli ənənələrinin qorunması və inkişafı, xalqlar arasında dostluq və əməkdaşlığın möhkəmləndirilməsinə verdiyi töhfəyə görə” layiq görüldüyü fərmanı təqdim etdi.

Mərasimdə çıxış edən Azərbaycanın RF-dakı səfiri Polad Bülbüloğlu Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya təşəkkür etdi, bu strukturun hərtərəfli fəaliyyəti və onun tərəfindən humanitar sahədə həyata keçirilən iri layihələr haqqında ətraflı danışdı. Diplomat həmçinin Fondun Leyla Əliyevanın başçılıq etdiyi Rusiyadakı nümayəndəliyinin Ulyanovsk məktəbinin yenidən qurulması layihəsinin həyata keçirilməsinə verdiyi töhfəni xüsusi qeyd etdi. O toplaşanlara Azərbaycan və Ulyanovsk vilayəti arasında vahid sovet dövləti vaxtında yaranmış çoxdankı ənənəvi münasibətləri yada saldı. “Bugünkü tədbir dostluq və əməkdaşlığın, qarşılıqlı hörmətin aydın nümunəsidir”, - səfir dedi.

RF-nın Dövlət Dumasının təhsil komitəsinin sədri Qennadiy Balıkin Heydər Əliyev Fondunun həyata keçirdiyi layihəyə yüksək qiymət verdi. Onun fikrincə layihə Ulyanovsk vilayətinin təhsil sistemi, həm də Azərbaycan və Rusiya xalqları arasında əlaqələrin möhkəmləndirilməsi baxımından böyük əhəmiyyətə malikdir. Rusiyalı deputat Fondun başçısı Mehriban Əliyevaya səmimi təşəkkürünü bildirdi və layihənin reallaşdırılmasında iştirak edən hər kəsə minnətdarlığını ifadə etdi.

Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov Fondun tədbir iştirakçılarına prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın xoş arzularını çatdırdı. Onun sözlərinə görə Fondun nümayəndələri məktəbin təmiri prosesində Ulyanovska dəfələrlə səfər edib, bu şəhər onlar üçün doğmalaşıb və yaxınlaşıb. “Burada Azərbaycanın iki görkəmli xadiminə - ümummilli lider Heydər Əliyev və görkəmli siyasi xadim Nəriman Nərimanova abidə qoyulub. Heydər Əliyevin abidəsinin açılışında Rusiya və Azərbaycanın prezidentləri iştirak ediblər”, - o vurğuladı.

A.Ələkbərov Fondun məqsəd və vəzifələri və onlar tərəfindən həm ölkədə, həm də xaricdə reallaşdırılan layihələr haqqında ətraflı danışdı. O qeyd etdi ki, Azərbaycanın ümummilli lideri Heydər Əliyevin ideyalarını davam etdirən Fond həm Azərbayan, həm də ondan kənarda təhsil, səhiyyə, mədəniyyət sahələrində müxtəlif istiqamətlər üzrə fəaliyyət göstərir. “Təsadüfi deyil ki, Fondun nümayəndəliklərin biri Rusiya Federasiyasında yaradılıb və ona Azərbaycan xalqının ümummilli liderinin nəvəsi Leyla Əliyeva rəhbərlik edir. Onun tərəfindən də humanitar xarakterli böyük aksiya və layihələr həyata keçirilir”, - A.Ələkbərov qeyd etdi. Onun sözlərinə görə, qısa müddət ərzində Heydər Əliyev Fondu tərəfindən 100 mindən çox şagird yeri olan 330-dan çox məktəb tikilib və təmir edilib.


“Bu gün biz böyük məmnuniyyətlə yerli hökumətin dəstəyi və köməyi ilə həyata keçirilmiş layihəmizi Ulyanovska hədiyyə edirik. Xüsusən xoşdur ki, məktəbdə Azərbaycanın tarix və mədəniyyət muzeyi yaradılıb, orda bizim ölkənin zəngin mədəni irsi və tarixi ilə tanış olmaq olar. Fondun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən birinci sinif şagirlərinə çanta və bütün zəruri məktəb ləvazimatları, həmçinin Azərbaycanda istehsal olunmuş, zərbəyə qarşı qoruyucu və simsiz İnternet imkanı olan 20 noutbuk hədiyyə edilib. Bundan sonra görəcəyimiz işlər yalnız bizim dostluğumuzun möhkəmləndirilməsi naminə olacaq. Fond hamı üçün xüsusən 78 saylı məktəbin bizə doğma olan pedaqoq və şagirdləri üçün açıqdır.

Mərasimin rəsmi hissəsindən sonra Azərbaycanın tarix və mədəniyyət muzeyi ilə tanışlıq keçirildi. Burada Azərbaycanın milli musiqi alətləri, xalçalar, Fond tərəfindən nəşr edilmiş yüksək keyfiyyətli çap məhsulları təqdim olundu. Muzeydə Rusiya-Azərbaycan münasibətləri tarixindəki mühüm hadisələr və Azərbaycanın ümummilli lideri Heydər Əliyevin Ulyanovsk vilayətinin inkişafına verdiyi töhfəni əks etdirən fotosərgi açılmşdır.

Qeyd etmək lazımdır ki, məktəblilər və onların valideynləri məktəbin yeni müasir standartlara cavab verən xarici görünüşündən xeyli təəccübləndilər. Valideynlər və şagirdlər görülən işdən valeh olaraq öz minnətdarlıqlarını ifadə etdilər. Yenidənqurma zamanı dam örtüyü tamamilə yenisilə əvəzlənib, binanın fasadı təmir olunub, plastik pəncərələr və yeni işıqlandırma sistemi quraşdırılıb, ətraf ərazinin abadlığı üçün işlər həyata keçirilib. Layihənin ümumi dəyəri 25 milyon rubldur. Məktəbdə siniflər yaradılıb ki, orada ulyanovskdan olan uşaqlar Azərbaycan milli tətbiqi incəsənətinin bəzi növlərini öyrənə bilərlər. Məktəbin kitabxanası yeni dərs vəsaitləri və digər nəşrlərlə zənginləşdirilib.

Heydər Əliyev Fondunun ən böyük hədiyyəsi isə 3 sinifin “1:1 gələcək üçün təhsil” layihəsi çərçivəsində Azərbaycanda istehsal olunan 20 ədəd “NEXUS” noutbuku ilə təchiz edilməsi oldu.

Sonra təntənəli düzülüş keçirildi, şagirdlər orada iki xalqın dostluğu haqqında şeirlər oxudular. Mərasimin bağlanış hissəsində xoş əlamət kimi havaya ağ göyərçinlər buraxıldı.

Tədbirin sonunda brifinq keçirildi. Ulyanovsk vilayətinin qubernatoru S.Morozov, səfir Polad Bülbüloğlu və fondun icraçı direktoru A.Ələkbərov çıxış etdi.

Jurnalistlərin suallarına cavab verən Anar Ələkbərov Ulyanovsk vilayəti və Heydər Əliyev Fondu arasında əməkdaşlıqdan məmnunluğunu ifadə etdi. O qeyd etdi ki, təhsil və digər humanitar sahələrdə bir çox müxtəlif layihələr var ki, onların üzərində birlikdə işləmək olar. İcraçı direktor Ulyanovskdan olan mütəxəssisləri Fondun təhsil layihələrində iştiraka dəvət etdi.


 
 Bank.İT.Elektron bank
 


Tərəfdaşlar üçün Biznes üçün Ev üçün