Artıq E-Təhsil layihə çərçivəndə valideynlər uşaqlarının qiymətlərini SMS vasitəsilə ala biləcəklər.

2008-2012-ci illərdə Azərbaycan Respublikasında Təhsil Sisteminin İnformasiyalaşdırılması üzrə Dövlət Proqramı çərçivəsində Ultra şirkəti e-Təhsil sistemini tətbiqi davam edir. E-Təhsil sisteminin layihəsi 30 məktəbdə pilot sistem olaraq tətbiq edilmişdir.

Artıq layihə çərçivəsində e-Təhsil sistemi pilot olaraq Bakı Avropa Liseyi və Zərifə Əliyeva adına məktəbdə oxuyan uşaqların dərsə davamiyyətini, onların aldıqları qiymətləri valideynləri SMS vasitəsilə məlumatladırır.

GSM modul – Təhsil Portalı və Resurs Mərkəzinin məlumatlarını SMS vasıtəsilə göndərən proqram modulu – SMS Gateway təhlükəsizlik kanalı və çatdırma haqqında hesabat

Bu modul vasitəsilə Milli Təhsil Məlumat bazasında yerləşən hər bir məlumat mobil telefona göndərilə bilər. Məsələn, valideynlərə övladların davamiyyəti haqqında məlumat, onların hansı fənn üzrə hansı qiymət aldığı göndərilir. Təhsil nazirliyinin əməkdaşlarına təhlillər sisteminin aşkarladığı mövcüd problemlər haqqında məlumat və s. göndərilə bilər.

Sistemin bu SMS məlumatlandırma mart ayından test edilir. Bir müddətdən sonra SMS məlumatlandırma e-Təhsil sisteminə qoşulmuş digər məktəblərə də tətbiq olunacaqdır.

Qeyd edək ki, yeni tədris ilindən pilot məktəblərin sayını artırması planlaşdırılır. Həmçinin, “Elektron məktəb“  layihəsinə orta-ixtisas və texniki-peşə təhsil müəssisələrində qoşulması planlaşdırılır.

 


 
 Bank.İT.Elektron bank
 


Tərəfdaşlar üçün Biznes üçün Ev üçün