“Elektron imza” haqqında qanunun kütləvi tətbiqindən sonra abituriyentlərin ali məktəblərə sənəd verməsi prosesi asanlaşacaq

“Elektron imza” haqqında qanun kütləvi şəkildə tətbiq olunandan sonra abituriyentlərin ali məktəblərə sənəd verməsi prosesi daha da asanlaşacaq”. APA-nın məlumatına görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında deyib. TQDK sədrinin sözlərinə görə, hazırda ali məktəblərə qəbul imtahanlarında iştirak üçün sənəd verən abituriyentlər elektron ərizə verdikdən sonra öz ərizələrini müvafiq Sənəd Qəbulu Komissiyalarında (SQK) təsdiqlədirlər. “Elektron imza”nın tətbiqindən sonra isə abituriyentlərin SQK-da öz ərizələrini təsdiqlətməsinə ehtiyac qalmayacaq. Bu proses tamamilə elektronlaşacaq.

 
 HRM Sistemi
 


Tərəfdaşlar üçün Biznes üçün Ev üçün