Azərbaycan Microsoftla lisenziyalaşdırılmış proqram təminatından istifadəyə dair tədbirlər haqqında müqavilə imzaladı

 

May ayının 27-də Azərbaycan höküməti Microsoft korporasiyası ilə rəsmi müqavilə imzaladı. Müqaviləyə əsasən bura daxil olan bütün dövlət təşkilatları yalnız rəsmi lisenziyası olan proqram təminatından istifadə etməlidirlər. Ultra şirkəti Microsoftun Gold Partner statuslu tərəfdaşı olduğuna əsasən bu müqavilə üzrə icraçılığı öhdəliyinə götürür.


“Azərbaycan höküməti bu müqavilənin bir hissəsi kimi elektron xidmət - eGovernment (Elektron Hökümət konsepsiyasını) yaratmağı öz öhdəsinə götürüb ki, pirat proqram təminatından
istifadə ilə bağlı riskləri azaltsın və bu yolla vətəndaşlara, biznes nümayəndələrinə və dövlət qulluqçularına təqdim edilən  xidmətin keyfiyyətini artırsın.
Bu sazişin məqsədi Azərbaycanda yüksək piratçılıq səviyyəsinin aradan qaldırılmasıdır. Business Software Alliance 12 may 2011-ci ildə açıqladığı məlumata görə, proqram təminatından qanunsuz istifadə ilə bağlı tədqiqata əsasən Azərbaycanda piratçılıq səviyyəsi 88% təşkil edir ,- şirkətdən bildiriblər.
“İnanıram ki, saziş Azərbaycan üçün növbəti illərdə prioritet sahə hesab edilən İKT-nin inkişafı istiqamətində atılmış böyük bir addımdır” ,- Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib. Bu müqavilə Azərbaycanın regionda mühüm rol oynadığını və onun müasir texnologiyaları daha da inkişaf etdirmək, kadr potensialını gücləndirmək və sonda bilik yönümlü iqtisadiyyat qurmaq niyyətini təsdiqləyir”.
Müqavilə pirat proqram təminatından istifadə zamanı artan risklər (məsələn, viruslara görə kompüterin fəaliyyətində nasazlıqlar, məlumat itkisi, konfidensiallığın pozulmasına səbəb olan digər problemlər və s.) barədə məlumatlandırma yolu ilə Azərbaycanda texniki biliklərin və təcrübənin yayılmasına kömək edəcək.
Həm dövlət, həm də özəl sektorda intellektual mülkiyyət hüquqlarının qorunmasının əhəmiyyətini nümayiş etdirən bu müqavilə ölkənin rəqabətədavamlılığını artıra və öz növbəsində birbaşa xarici investisiyaların cəlb olunmasına imkan yarada bilər.
“Son bir neçə il ərzində güclü iqtisadi artımın müşahidə edildiyi Azərbaycan təbii sərvətlərə əsaslanan iqtisadiyyatdan uzaqlaşaraq ən son innovativ texnologiyalara əsaslanan bir iqtisadiyyata can atır, - «Microsoft Azerbaijan" şirkətinin baş meneceri Teymur Axundov bildirib. "Microsoft Azerbaijan" şirkəti imzalanmış müqaviləni sabit proqram təminatı bazarının yaradılması, ölkəyə növbəti investisiyaları cəlb edərək mühüm iş yerlərinin yaradılması və ölkənin texnologiya sahəsində regional lider kimi nüfuzunun möhkəmləndirilməsi üçün əsas hesab edir».
"Microsoft" şirkəti ümumilikdə proqram təminatı piratçılığının azalmasından dünya bazarının daha etibarlı İP əldə etdiyinə inanır. Bu sənayedə yeniliklərin tətbiqinə, kiçik biznes üçün bərabər şərtlərin yaradılmasına, o cümlədən  yerli büdcənin lisenziyalı proqram təminatının qanuni satışı və istifadəsindən vergi gəlirləri əldə etməsinə imkan yaradacaq.
«Bu müqavilə qarşıdakı illərdə Azərbaycanın inkişafı üçün yeni imkanlar yaradacaq», - Microsoftun vitse-prezidenti Robert Mak Dauel bildirib.

 
 E-Sənəd Dövriyyəsi
 


Tərəfdaşlar üçün Biznes üçün Ev üçün