Netbuk Nexus Classmate: Misilsiz Kredit kampaniyası

Nexus milli kompüter brendi istehsalçısı kimi tanınan ULTRA şirkəti yeni kampaniya elan edir. Sentyabr ayının 15-dən başlayaraq Nexus Classmate netbukunu kreditlə illik faizsiz və ilkin ödənişsiz almaq mümkün olacaq və alıcı 12 ay müddətində ayda 30 AZN ödəyəcək.  Bunun üçün Bakı qeydiyyatı olmaqla şəxsiyyət vəsiqəsinin surətini və iş yerindən arayış təqdim etmək kifayətdir.

Nexus Classmate netbuku bazarda məktəblilər üçün netbuk kimi qərarlaşıb ki, buda onlara müasir elm və praktiki biliklərin geniş spektrinə daxil olma imkanını verir və müstəqil öyrənmə üzrə imkanları genişləndirir.   
10,1 düymlu ekrana malik Nexus Classmate netbuku daxili qrafik altsistemli İntel Atom prosessoru bazasında yığılıb. Operativ yaddaşın həcmi 1Gb təşkil edir, möhkəm korpuslu 16 Gb-lıq yaddaş qurğusu isə məlumatların yaddaşda saxlanması üçün nəzərdə tutulub. Netbukun rabitə imkanları arasında LAN 10/100 Мbit/s və Wi-Fi 802.11 b/g/n şəbəkə adapterlərinin mövcud olmasını qeyd etmək lazımdır.
Möhkəm korpus netbuku mexaniki zədələrdən qoruyur. Yaddaş kartını oxuyan cihaz «3-ü-1də» və 0,3 meqapiksel ölçülü veb-kamera yeniliyin funksionallığını tamamlayır. Korpusun yan hissəsində yerləşən dəstə Netbukun xüsusiyyətidir ki, buda qurğunun daşınmasını daha da rahatlaşdırır.  

Proqram təminatında əsas seçim isə Intel - Intel® Learning Series SW Suite şirkətinin pulsuz proqramlar paketidir.
Kiçik və orta məktəblər üçün xüsusi dizayna və proqram təminatına malik olan bu kompleks həll təhsil proqramından asılı olmayaraq istifadə etmək mümkündür.
Qeyd etmək lazımdır ki, «2008-2012 Elektron Təhsil» layihəsi çərçivəsində Nexus Classmate netbukları Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən orta məktəblərə verilmişdir.
Nexus Classmate netbuklarını (Amerika səfirliyi ilə üzbəüz) Kaveroçkin küç 30 ünvanında yerləşən ULTRA şirkətinin baş ofisindən əldə etmək olar.

 


 
 U-SAFE
 


Tərəfdaşlar üçün Biznes üçün Ev üçün