«Müstəqil Azərbaycan 20 ildə» Milli Sərgisi

ULTRA şirkəti 27-30 sentyabr tarixlərində «Bakı Expo» sərgi mərkəzində keçirilən«Müstəqil Azərbaycan 20 ildə» sərgisində aktiv iştirak edir.

Sərgi çərçivəsində ölkənin son 20 il ərzində əldə etdiyi nailiyyətlər təqdim olunub. Sərginin açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iştirak edib.

ULTRA şirkəti Azərbaycan əhalisinə «Elektron Hökumət» layihəsini təqdim etdi. «Elektron Hökumət» - ölkə vətəndaşlarına və müxtəlif dövlət hakimiyyəti orqanlarına informasiya texnologiyalarının köməyi ilə məlumatın və formalaşmış dövlət xidmətləri komleksinin təqdim olunması üçün vasitədir.

«Elektron Hökumət» xidmətlər kompleksinə ULTRA şirkəti tərəfindən artıq icra olunmuş layihələr daxildir: elektron sənəd dövriyyəsi, elektron təhsil, elektron sığorta, e-Banking (elektron bankçılıq) və elektron notariat. Şirkətin nailiyyətləri sırasına həmçinin «Elektron imza» layihəsi də daxildir ki, fiziki və hüquqi şəxslərin identifikatoru kimi çıxış edir. Layihə bu il yerli Ultra və Azerin şirkətlərindən, həmçinin Microsoft Korporasiyasının Azərbaycandakı nümayəndəliyindən ibarət konsorsium tərəfindən icra olunub.

Bundan əlavə, ULTRA şirkəti qablaşdırılması milli ornamentlə işlənmiş Nexus DocPad ilk Azərbaycan planşetini təqdim etdi.

 


 
 E-Sənəd Dövriyyəsi
 


Tərəfdaşlar üçün Biznes üçün Ev üçün