ULTRA şirkəti sığorta şirkətlərinin fəaliyyətinin avtomatlaşdırılması üçün proqram kompleksi təqdim edir

ULTRA şirkəti “1C: Müəssisə 8.1” platforması əsasında işlənib hazırlanmış sığorta şirkətləri üçün “Sığorta polislərinin uçotu və satışı” proqramlarının üzərində qurulmuş U-Safe proqram kompleksini bazara təqdim etdi.

ULTRA şirkəti “1C: Müəssisə 8.1” platforması əsasında işlənib hazırlanmış sığorta şirkətləri üçün “Sığorta polislərinin uçotu və satışı” proqramlarının üzərində qurulmuş U-Safe proqram kompleksini bazara təqdim etdi. Kompleks sığorta şirkətlərinin fəaliyyətinin tam avtomatlaşdırılmasını təmin edir. Bu proqram məhsulu vasitəsilə bütün növ sığorta əməliyyatlarının uçotu, sığorta sənəd dövriyyəsinin aparılması və sığorta şirkətləri tərəfindən analitik məlumatların əldə edilməsi həyata keçirilir. Hazırda “1C:Mühasibatlıq” sistemli ilə inteqrasiya sayəsində sığorta şirkətində uçotun avtomatlaşdırılması imkanı yaranıb. U-Safe proqram kompleksinin tətbiqi müştəri xidmətlərinin keyfiyyətini artırmaqla sığorta şirkətinin fəaliyyət şəraitini dəyişir. U-Safe proqram kompleksini əldə etdikdə Sizə aşağıdakı funksiyalar təqdim olunacaq:

Bütün sığorta müqavilələri əlavə imkanlara malikdir: vasitəçilərin iştirakı və komisyon mükafatın əlavə olunması , ödəniş planından istifadə və borcun izlənməsi , əlavə xarakteristikaların yaradılması, tariflərin avtomatik hesablanmasından istifadə. Yalnız kağız blanklarından və formalarından istifadə dəyişməz olaraq qalır.
1C bazasında yaradılmış sistem tam olaraq ayrıca serverdə saxlanılır, bu da əlavə olaraq təhlükəsizlik səviyyəsini artırır, sistemin işə davamlılığı isə məlumatların MS SQL əsasında qurulmuş sənaye miqyaslı MBİS-də saxlanması sayəsində təmin olunur. Baş ofis və filiallar arasında məlumat mübadiləsi elektron poçt vasitəsilə yerinə yetirilir. Belə ki, mərkəzi sistemdə məlumatın yenilənmə sürəti yalnız müştərinin istəyindən (məlumat mübadiləsinin həyata keçirməsinin zaman intervalından) asılıdır. Yenilənmə dövrü quraşdırıldıqda filialdan mərkəzi ofisə əsas server tərəfindən emal olunan sorğu göndərilir. Proses məlumat bazasının yenilənməsi ilə faylın yaradılması ilə müşayiət olunur, sonra isə bu fayl filialın elektron poçt ünvanına göndərilir. Fayl qəbul edildikdən sonra filialın bazası avtomatik yenilənir. İnternetə qoşulma mümkün olmadıqda məlumat mübadiləsi elektron məlumat daşıyıcısı vasitəsilə həyata keçirilə bilər.
Proqram kompleksi sığorta şirkətinin bütün əməkdaşları tərəfindən başa düşülən interfeysə malikdir. Sistemdə interfeysin, əlavə mexanizmlərin və istifadəçi üçün ismarışların funksional imkanlarını əhatə edən istifadəçinin iş masası yaradılıb. O, sənədlərin istifadəçiyə qrafik şəkildə göstərilməsi, müştəri bazası üzrə axtarış, sənədlərin sürətli axtarışının həyata keçirilməsi üçün imkan yaradır.
“Proqram kompleksi sığorta şirkətinin bütün əməkdaşları tərəfindən başa düşülən interfeysə malikdir. Sistemdə interfeysin, əlavə mexanizmlərin və istifadəçi üçün ismarışların funksional imkanlarını əhatə edən istifadəçinin iş masası yaradılıb. O, sənədlərin istifadəçiyə qrafik şəkildə göstərilməsi, müştəri bazası üzrə axtarış, sənədlərin sürətli axtarışının həyata keçirilməsi üçün imkan yaradır.

“1C: Müəssisə 8” bazasında işlənib hazırlanmış yeni U-Safe sisteminə keçid sığorta şirkəti üçün əhəmiyyət kəsb edən bir sıra məsələləri həll etməyə imkan verəcək: sığorta və təkrar sığorta üzrə toplu hesabatların alınması imkanı, kollektiv sığorta üzrə ziyanların tənzimlənməsi sisteminin avtomatlaşdırılması, sığorta ehtiyatlarının hesablanmasının avtomatlaşdırılması.


 
 Bank.İT.Elektron bank
 


Tərəfdaşlar üçün Biznes üçün Ev üçün