ULTRA şirkəti İKT üzrə ən yaxşı kitabların müəlliflərini mükafatlandırdı.

Dekabr ayının 7-də Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin konfrans zalında informasiya texnologiyaları sahəsi üzrə müsabiqə iştirakçılarının təntənəli mükafatlandırma mərasimi keçirildi.

Müsabiqə Rabitə və İnformasiya texnologiyaları işçilərinin peşəkar bayramı çərçivəsində təşkil edilmişdi. Bu il əlamətdar tarix olan 6 dekabr həmçinin sahə işçiləri üçün Azərbaycan Respublikasında ilk telefon rabitəsinin işə salınmasının 130 illik yubileyi oldu.



Müsabiqənin qalibləri aşağıdakı nominasiyalar üzrə göstərildi:
- İKT üzrə ən yaxşı kitab,
- İKT üzrə ən yaxşı elmi məqalə,
- Ən yaxşı elektron xidmət.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin nazir müavini İltimas Məmmədov müsabiqənin qaliblərinə xatirə mükafatlarını təqdim etdi. ULTRA şirkəti müsabiqənin əsas sponsorlarından biri kimi çıxış etdi. «İKT üzrə ən yaxşı kitab» nominasiyası üzrə birinci yeri bölüşdürən iki qalib «Kommunikasiya sistemləri və şəbəkələri» kitabının müəllifi Məmmədov Xavər və «İnformatika» kitabının müəllifi Kərimov Sabit qiymətli hədiyyələrlə mükafatlandırıldılar. Mükafatlandırma mərasiminin gedişatında Nexus milli kompüter brendinin netbuklarını bu nominasiyanın qaliblərinə şirkətin PR meneceri Viktoriya Melnik təqdim etdi.


 
 Bank.İT.Elektron bank
 


Tərəfdaşlar üçün Biznes üçün Ev üçün