Azərbaycan «Elektron Hökümət»in yaradılması üçün mühüm addım atdı

ULTRA şirkəti Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları nazirliyi və Microsoft korporasiyası ilə birgə Azərbaycan Respublikasının bütün nazirliklərini və dövlət idarələrini lisenziyalı proqram məhsulları ilə təmin olunması üzrə layihəni yekunlaşdırdı.

Xatırladaq ki, keçən ilin may ayında Azərbaycan höküməti Microsoft ilə bütün hökümət orqanlarının lisenziyalı proqram təminatından istifadəsi barədə Enterprise Agreement rəsmi müqaviləni imzaladı. Müqavilə bütün Microsoft Windows, MS Office versiyalarının 10000 lisenziyaları, CoreCAL Suite müştəri lisenziyaların yığımı, o cümlədən bəzi sayda server platformaları üzrə bağlandı.

Qeyd etmək lazımdır ki, bu müqaviləyə əsasən bu lisenziyaların istifadəçiləri üç il ərzində və bu müddət ərzində buraxılmış məhsulların istənilən yeni versiyalarından istifadə etmək hüququnu, o cümlədən cari versiya çərçivəsində məhsullara daxil ediləcək yeni funsionallığa və dəyişikliklərə operativ daxil olma imkanlarını əldə edirlər. Müqavilənin müddəti bitdikdə onu daha üç il uzatmaq mümkündür. Belə halda yalnız yenilənmənin dəyəri ödəniləcək ki, buda iri sifarişçilər üçün olduqca rahat və sərfəlidir.

Microsoft Gold Parther və Large Account Reseller statusuna malik ULTRA şirkəti bu layihədə yerli nümayəndə kimi çıxış etdi. Enterprise Agreement müqaviləsi Azərbaycanda proqram təminatının pirat versiyalarından istifadə səviyyəsinin azaldılması məqsədilə imzalandı. Bu növ müqavilənin imzalanması «Elektron hökümət» xidmətinin yaradılması üçün mühüm addım sayılır və bununla yanaşı ölkə vətəndaşlarına və hüquqi şəxslərə göstərilən xidmətlərin keyfiyyətini artırmaqdır.

Keçən ilin sonunda ULTRA şirkəti Bakıda rəsmi tədbirdə Azərbaycan Respublikası nazirliklərinin və hökümət idarələrinin nümayəndələrinə lisenziyalar payladı. Keçən həftə isə şirkətin nümayəndələri Naxçıvan şəhərini ziyarət etdilər və Naxçıvan Muxtar Respublikasının hökümət idarələri üçün lisenziya müqavilələrini təqdim etdilər.

ULTRA şirkətinin infrastruktur həlləri üzrə direktoru Ruslan Romanenkonun bildirdiyinə görə:

«Bugünkü gün lisenziyalaşdırma biznesin və kargüzarlığın stabil və uğurlu aparılmasında mühüm cəhət sayılır. Ciddi hüquqi məsuliyyətdən başqa Microsoft Windows, Office və s-nin pirat surətlərindən istifadə texniki dəstək və yenilənmə xidmətinin olmamasına, virus risklərinə və digər problemlərə səbəb olur. Əminəm ki, bu layihənin nəticəsi Azərbaycanda təkcə kompüter «piratçılığı» səviyyəsinin azalmasına deyil, həmçinin etibarlı və məsuliyyətli partnyor kimi ölkəmizin reytinqini və imicini beynəlxalq arenada yüksəldəcək».


 
 U-SAFE
 


Tərəfdaşlar üçün Biznes üçün Ev üçün