Azərbaycan Respublikasının məktəblərində yeni xidmət «E-Gündəlik»

E-Gündəlik layihəsi “2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı” çərçivəsində işlənib hazırlanmışdır.

Valideynləri SMS-ismarışlar vasitəsilə orta təhsil məktəblərinin şagirdlərinin dərs müvəffəqiyyəti barədə məlumatlandırılması sistemi bütün dünya üzrə geniş vüsət alıb və öz effektivliyini sübüt etmiş və buna görə də artıq neçə illərdir ki, hamı tərəfindən qəbul edilmiş bir normadır.

Məlumatlandırma sistemi aşağıdakı kimi çalışır: dərslər zamanı verilmiş qiymətlər, müəllimlərin valideynlər üçün qeyd etdikləri töhmətlər, planlaşdırılmış məktəb iclasları və tədbirlər barədə məlumatlar elektron məktəbin idarəedilməsi proqramına (ASM-ə) daxil edilir. Məlumatlar Təhsil nazirliyinin Məlumat-mərkəzində saxlanılır. Elektron məktəbin idarəedilməsi proqramının işlənib hazırlanması və texniki dəstək ULTRA şirkəti tərəfindən həyata keçirilir.

Məlumatlar elektron məktəbin idarəedilməsi proqramına birbaşa pedaqoqlar tərəfindən daxil edilir. Proqramdan istifadə üzrə xüsusilə müəllimələr üçün öyrədici təlimlər keçirildi. Məlumatlar MSM şirkətinin işçi qrupu tərəfindən yazılmış GSM-modul vasitəsilə proqrama yerləşdirildikdən sonra şagirdin müvəffəqiyyəti barədə məlumatlar SMS-ismarışlar vasitəsilə valideynin telefonuna daxil olur. SMS-ismarışlar yalnız bu xidmətə qoşulmuş valideynlərə göndərilir. Məktəbin rəhbərliyinə müraciət edərək, bu xidməti qoşmaq olar.

ULTRA şirkətinin layihələrin idarəedilməsi departamentinin direktor müavini, həmçinin «Elektron məktəb» layihəsinin rəhbəri Sərxan Məmmədovun bildirdiyinə görə «SMS-ismarışlar sistemi bir anda çalışır. Pedaqoq məlumatı sinif jurnalına daxil edən kimi, məlumat dərhal valideynin mobil telefona daxil olur. Valideynlər öz şəxsi işlərindən ayrılmadan daim öz övladının müvəffəqiyyəti barədə xəbərbar olacaq, o cümlədən onun dərsə gəlib-gəlmədiyi barədə biləcək».

«E-Gündəlik» layihəsi sosial yönümlüdür və respublikada təhsilin keyfiyyətinin yaxşılaşdırılmasına yönəlib. Hal hazırda elektron jurnal sistemindən istifadə edən təxminən 25 məktəb artıq bu layihəyə qoşulub.


 
 U-SAFE
 


Tərəfdaşlar üçün Biznes üçün Ev üçün