İntel şirkəti korporativ sifarişçilər üçün yeni həllər təqdim etdi

2012-ci ilin mart ayının 1-də İntel şirkəti Azərbaycandakı regional tərəfdaşı olan ULTRA şirkəti ilə birgə əsas sifarişçilər üçün İntelin yeni həlləri üzrə ilk seminarını keçirtdi.

Uzun zamandır ki, İnteli və Ultranı sıx və etibarlı əlaqələr bağlayır. Bu il ULTRA Intel® Technology Provider Platinum 2012 statusunu təsdiq etdi. Seminarda bankların və telekommunikasiya sektorlarının, həmçinin dövlət idarələrinin İT-şöbələrinin rəhbərləri iştirak etdilər. 
Salamlama niqti ilə İntel korporasiyasının biznesin inkişafı üzrə direktoru Aida Darmenova və ULTRA şirkətinin baş direktoru Zaur Məmmədzadə çıxış etdi. O, ULTRA şirkətinin fəaliyyət sahəsi və «Elektron hökümət» layihəsi çərçivəsindəki həlləri barədə danışdı. « Elektron hökümət » kompleks xidmətlərinə artıq ULTRA şirkəti tərəfindən həyata keçirilmiş elektron sənəd dövriyyəsi, elektron təhsil, elektron sığorta, elektron bankçılıq kimi layihələr daxildir. Şirkətin xidmətləri siyahısında fiziki və hüquqi şəxslərin identifikatoru olan «E-İmza» layihəsidə mövcuddur.
Tədbiri texniki platformaların tətbiqi və dizaynı üzrə İntel şirkətinin sistem arxitektoru Aleksandr Melnikov davam etdi. O, olduqca mühüm biznes məlumatlarının təhlükəsizliyinin təminatı və idarə olunması prinsiplərini izah etdi və seminar iştirakçılarını Intel® Xeon® E7, Intel® Xeon® 5600 və Intel® Xeon® E3 prosessorlar bazası üzrə qurulmuş xətti server məhsulları və texnologiyalarla tanış etdi.
Seminar ərzində iş mühitinin virtuallaşdırılması və möhkəmləndirilməsi kimi müasir infrastrukturun qurulmasının vacib prinsipləri göstərildi. Məlumatların emalı mərkəzinin inkişafının yeni pilləsi olan qlobal hesablamaya ayrıca diqqət yetirildi və İT-xidmətlərin göstərilməsi üzrə İT-xidmətlərinin işində dəyişiklik nəzərdə tutulur. Seminar iştirakçıları istifadə edilən alətlərin və konstruktiv komponentlərin imkanları, o cümlədən qlobal texnologiyaların tətbiqi üzrə qabaqcıl təcrübələrlə tanış oldular. 
Seminarın ikinci hissəsi Intel® Core™ ikinci nəsil prosessorları bazasında müştəri cihazları üçün həllərə və «ultrabuk» (Ultrabook™) mobil cihazlarının yeni kateqoriyasına həsr edildi. ULTRA şirkətinin baş direktoru Zaur Məmmədzadə iştirakçılara milli kompüter brendi olan Nexusun bu ilin aprel ayında planlaşdırılan ultrabuklarının gələcək modellərinin tezliklə elanı barədə danışdı. Daha sonra ULTRA şirkətinin infrastruktur şöbəsinin müdiri Ruslan Romanenko müasir texnologiyalardan istifadə etməklə Azərbaycanda Məlumat Mərkəzlərinin yaradılması və layihə hazırlama nümunələrinin təqdimatı ilə çıxış etdi. 
Seminar ərzində Aleksandr Melnikov Intel® vPro™ texnologiyaları mövzusuna toxundu və kompüter parkının məsafəli idarə edilməsi və inzibatçılıq üzrə xərclərin azaldılması məqsədilə bu texnologiyanın korporativ insfrastrukturda tətbiqi üzrə təcrübə ilə bölüşdü. Seminar-təlimin gedişatı zamanı seminar iştirakçıları təqdim olunmuş texnologiyalar barədə çoxlu suallar verdilər. İntel və ULTRA şirkətləri tərəfindən ən fəal şəxslərə xatirə suvenirləri təqdim edildi.

 


 
 Bank.İT.Elektron bank
 


Tərəfdaşlar üçün Biznes üçün Ev üçün