NIKOIL| BANK ULTRA şirkəti ilə Microsoft Enterprise müqaviləsini imzaladı.

NIKOIL|BANK ilə Azərbaycan ərazisində ən iri sistem inteqratorlarından biri olan Ultra şirkəti arasında korporativ standart kimi Microsoft platformasını üstün tutan təşkilatlar üçün nəzərdə tutulmuş Microsoft Enterprise müqaviləsi imzalandı.

Microsoft Enterprise müqaviləsi proqramı çərçivəsində NIKOIL|BANK-da olan bütün kompüter parkının proqram təminatı yeniləcək və lisenziyalaşdırılacaq. Şirkətin kompüter parkında 250-dən artıq kompüter olduqda Enterprise müqaviləsi proqramının lisenziyalaşdırılması Microsoftun proqram təminatının lisenziyalaşdırılmasına keçidin ən münasib üsuludur.
ULTRA şirkətinin lisenziyalı mütəxəssisləri tərəfindən NIKOIL|BANKIN serverləri və iş stansiyaları üçün standartlaşdırılmış proqram təminatı dəstinin optimal sxemi seçildi. NIKOIL | BANK-ın İnformasiya Texnologiyaları Departamentinin direktoru Emin Məmmədovun bildirdiyinə görə:
«İnformasiya təhlükəsizliyi bankın işində ən başlıca amildir və lisenziyalı proqram təminatına keçmək aktual idi. Lisenziyalı proqram təminatından istifadənin üstünlüklərini Microsoft Exchange Serverdə olan məlumatların miqrasiyası kimi mürəkkəb prosesdə görmək olar. Bu prosesin ayrılmaz hissəsi texniki dəstək xidməti çərçivəsində Microsoft korporasiyasının yüksək ixtisaslı texniki mütəxəssislərin köməyindən istifadədir».
Proqram təminatı illik ödənişlə və üç il müddətinə hissə-hissə ödəmə ilə proqram təminatından daimi istifadəni nəzərdə tutur ki, buda NIKOIL|BANKIN dövriyyəsindən böyük ödəniş məbləğini çıxartmamağa imkan verir.
Müqavilənin qüvvədə olduğu müddət ərzində banka Software Assurance proqramı üzrə əlavə pulsuz xidmətlər paketi təqdim edilib. Microsoftun dəstəyi ilə bu proqram müqavilənin qüvvədə olduğu bütün müddət ərzində proqram təminatının yeni versiyasından pulsuz istifadə etməyə və İT mütəxəssislərə sertifikatlaşdırılmış təhsil mərkəzlərində pulsuz təlim almağa imkan verir. Habelə o, 24\7 birbaşa texniki dəstək xidmətini və ev kompüterində Microsoft Office proqramlarından istifadə etmək hüququnu verir.
ULTRA şirkətinin və NİKOİL | BANK-ın tandemi artıq birgə iş üzrə təcrübəyə malikdir.


 
 HRM Sistemi
 


Tərəfdaşlar üçün Biznes üçün Ev üçün