ULTRA fəxri fərmanla təltif edildi

ULTRA şirkəti «Eurovision 2012» mahnı müsabiqəsi portalının yaradılması və təhlükəsizliyinin təmin edilməsinə görə Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin fəxri fərmanı ilə təltif olunmuşdur.

Fərman ULTRA şirkətinin baş direktoru olan Zaur Məmmədzadəyə Rabitə və İnformasiya Texnologiyaları Naziri Əli Abbasov tərəfindən təqdim edilmişdir.

     www.eurovision.az portalı işə salındığı andan, yəni 25 yanvar 2012-ci il tarixindən indiyədək ULTRA şirkəti onun texniki dəstəyi ilə məşğul olur.  «Eurovision 2012» keçirildiyi zaman bütün xəbərlər, foto və video materiallar ULTRA şirkətinin əməkdaşlarından toplanmış xüsusi işçi qrupu tərəfindən portala əlavə edilirdi.  «Eurovision 2012» portalı Azərbaycan və İngilis dilində olan məlumatlara malikdir. İlk əvvəl portalın işlənib hazırlanması zamanı saytın kontenti yığılarkən bir sıra xarici dillərdən istifadə olunurdu və hal-hazırda da istənilən zaman sayta əlavə dilləri qoşmaq mümkündür. 

Portal  müsabiqəyə hazırlıq və onun keçirilməsi ilə bağlı ən son xəbərlərə, o cümlədən «Eurovision 2012»-yə həsr olunmuş müxtəlif tədbirlərdən olan pres-relizlərə malikdir. Portal vasitəsilə tədbirin keçirildiyi yer olan Azərbaycan və Bakı barədə məlumat almaq olar.  «360 view» bölməsi sayəsində isə paytaxt üzrə virtual səyahət etmək olar.

Portalın üç versiyası işlənib hazırlanıb: fərdi kompüterlər, planşet cihazları və mobil vasitələr üçün versiya. Portalın bir neçə versiyasının olması istifadə edilən cihaza avtomatik olaraq optimal rejimi yükləmək imkanı verir ki, bu da portal üzrə naviqasiyanı daha da rahatlaşdırır.

Portalın işlənib hazırlanmasına həm yerli, həm də xarici mütəxəssislər cəlb edilmişdir. Portalın təməli (CMS) heç bir hazır şablondan istifadə edilmədən sıfırdan yazılıb. Portalın bütün komponentləri xüsusilə bu layihə üçün işlənib hazırlanıb və əvvəllər heç bir yerdə istifadə olunmayıb. Portalın təhlükəsizliyinə və imtinaya davamlılığına xüsusi diqqət yetirilmişdir. Təhlükəsizlik və etibarlılıq tələblərinə uyğun olması məqsədilə xarici auditor şirkətləri cəlb edilmişdir. 

ULTRA şirkətinin ofisində portalın monitorinqinin keçirilməsi və serverlərin vəziyyətinə nəzarət edilməsi üçün xüsusi otaq ayrılmışdı. « Eurovision 2012» portalı işə salındığı vaxtdan bu günə qədər portal dünyanın əksər ölkələrində böyük maraqla istifadə edilir. « Eurovision 2012» mahnı müsabiqəsi keçirildiyi zaman portalı 40 milyondan artıq istifadəçinin ziyarət etdiyi təsbit edilmişdir. Ziyarətçilərin əsas axını MDB ölkələrindən, Türkiyə, Almaniya və ABŞ dan olduğu qeydə alınmışdır. Ümumilikdə bu dövr ərzində portalda rekord sayda – 40 miloyndan çox ziyarət qeydə alınmışdır.

«Eurovision 2012» portalı istismara verildiyi gündən ona fasiləsiz hücumlar olurdu, amma onlardan heç biri portalın işləmə qabiliyyətinə təsir göstərə bilmədi. Dünyanın müxtəlif nöqtələrində yerləşən yeddi məlumat mərkəzindən istifadə edərək portal istifadəçilərin coğrafi bölüşdürülməsi funksiyasına malik idi. Portalın 24 saat monitorinqi, data mərkəzdə quraşdırılış xüsusi təhlükəsizlik avadanlıqları və portalın ziyarətçilərini xüsusi filtrasiya etmə sistemi  sayəsində  «Eurovision 2012» mahnı müsabiqəsinin portalı belə hücumların təzyiqinə davam gətirdi. 
Hazırda portal fəaliyyətni uğurla davam etdirməkdədir.


 
 Bank.İT.Elektron bank
 


Tərəfdaşlar üçün Biznes üçün Ev üçün