“Orta ixtisas təhsilin vahid idarəetmə portalı”-nın tətbiqinə başlanılmışdır

Qloballaşmanın geniş vüsət aldığı informasiya cəmiyyətində rəqabətin gücləndiyi, habelə təbii resursların tədricən tükəndiyi bir vaxtda təhsilin rolu daha da artmaqdadır.

Təsadüfi deyil ki, Birləşmiş Millətlər Təşkilatı XXI əsri “Təhsil əsri” elan edib. Məhz bunun təzahürüdür ki, bütün ölkələrdə olduğu kimi Azərbaycanda da insan kapitalının formalaşmasında təhsilin rolu danılmazdır.

Orta ixtisas təhsili ölkədə milli təhsil sisteminin sanki,bir aynasına çevrilib, cəmiyyətin intellektual potensialının gələcək nəsillərə çatdırılmasında əhəmiyyətli rola malikdir. Müasir bazar münasibətləri şəraitində orta ixtisaslı mütəxəssislərdən yeni peşəkarlıq keyfiyyətləri, sistemli təfəkkür, müxtəlif sahələrdə informasiya bilikləri, biznes və sahibkarlıq mədəniyyəti, öz fəaliyyətini şüurlu şəkildə aydın səlis təhliletmə qabiliyyəti, qeyri-müəyyənlik şəraitində müstəqil fəaliyyət göstərmək bacarığı, məsuliyyət və s. tələb edilir.

Bütün bunların təzahürü olaraq Azərbaycan Respublikası Təhsil Nazirliyi və “ULTRA” şirkəti tərəfindən bu kolleclər üçün “Orta ixtisas təhsilin vahid idarəetmə portalı” yaradılmışdır. Hal-hazırda bu sistemin tətbiqi üçün Respublikada fəaliyyət göstərən 59 kollecin 5-də hazırlıq işləri başlamışdır. Bakı Kompüter Kolleci, Bakı Pedoqoji Kolleci, Bakı Maliyyə-İqtisad Kolleci, Bakı Neft və Energetika Kolleci, Bakı Musiqi Kolleci.


 
 Elektron təhsil
 


Tərəfdaşlar üçün Biznes üçün Ev üçün