TİBO-2013 informasiya və kommunikasiya texnologiyaları sərgisində ULTRA şirkəti iştirak edir
Cümə axşamı, 25 Aprel 2013
Aprelin 23-26-da Minskdə keçirilən TİBO-2013 sərgisində 15 ölkənin 300-dən çox şirkətinin məhsulları, həmçinin bir çox nazirliklərin stendləri nümayiş olunur.
Sərginin ilk günü Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları naziri Əli Abbasov və Belarus Respublikasının baş nazirinin müavini Anatoli Kalinin Ultra şirkətinin stendində olmuş, şirkətin inteqrasiya həlləri və yeni Nexus məhsulları ilə tanış olmuşlar.Ultra şirkəti sərgidə E-Təhsil ,E-Sənəd Dövriyyəsi, E-imza, E-bank, ALİSA Elektron Kitabxana , Elektron Notariat və digər inteqrasiya sistemləri ilə yanaşı ən son Nexus məhsullarını da nümayiş etdirir. Ən son texnologiyalar üzərində hazirlanmış həllər izləyicilərin xüssusi marağına səbəb olmuşdur.

Sərgi çərcivəsində keçirilən forumda şirkətinin baş direktoru Zaur Məmmədzadə Azərbaycan və Belarus arasında olan əməkdaşlıq münasibətləri haqqında danışmışdır. O, bildirib ki, hər iki ölkə arasında olan əməkdaşlıq münasibəti nəinki İKT sahəsini həm də bütün digər sahələri əhatə edir.
Qeyd edək ki, 2010 ci ildə fevral ayının 12-də Bakı şəhərində” Azərbaycan-Belarus” forumu kecirilmişdir.Həmən forumda ölkələr arasında əməkdaşlığı genişləndirmək məqsədilə Azərbaycanın “Ultra” şirkəti ilə Belarusun “ST Group” şirkəti arasında informasiya texnologiyaları sahəsində strateji əməkdaşlıq müqaviləsi imzalanmışdir.
ULTRA şirkəti ən böyük tərəfdaşlarından biri olan Belarus «ST Group» şirkəti ilə birqə banklar üçün proqram təminatı hazırlamışdır. E-bank həlləri Azərbaycanın ən iri banklarında tətbiq olunmuşdur. Ultra və ST şirkətləri arasında bağlanmış saziş Azərbaycanın İT inkişafına öz təsirini göstərmişdir. Bunun nəticəsi olaraq, II Azərbaycan-Belarus forumunda şirkətlər arasında bağlanmış sazişin müddəti artırılmışdir.

Azərbaycanın yeganə texnologiya brendi olan “Nexus”un yeni məhsulları - “Ultranote” noutbuku və AzPad planşeti TİBO-2013 sərgisində Azərbaycan milli pavilyonunu ziyarət edən sərgi ziyarətçiləri arasında böyük marağa səbəb olmuşdur.
TİBO-2013 sərgisi biznes-tərəfdaşlarla görüş və onların həllərinin nümayişini üçün meydança hesab olunur.Üç gün ərzində yeni müqavilələr bağlanır və bütün dünya şirkətləri arasında aktiv təcrübə mübadiləsinin aparılması planlaşdırılır.
< Əvvəlki | Növbəti > |
---|