Biometrik həllər üzrə anlaşma imzalandı

Aprelin 24-də Latviya Respublikasının nümayəndə heyətinin ölkəmizə rəsmi səfəri çərçivəsində İqtisadi İnkişaf Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun təşkilatçılığı ilə Azərbaycan - Latviya biznes forumu keçirilmişdir.

Forumda Azərbaycan və Latviya tərəfdən rəsmi şəxslərlə yanaşı, sənaye, informasiya-kommunikasiya texnologiyaları, təhsil, konsaltinq və digər sahələrdə fəaliyyət göstərən 200-ə yaxın iş adamı iştirak edib.

Biznes forumda Azərbaycan - Latviya iqtisadi-ticarət əlaqələri, ölkənin biznes və investisiya imkanları barədə məlumat verilib, həmçinin bu cür tədbirlərin dövlətlərarası əməkdaşlığın daha da genişləndirilməsində əhəmiyyəti vurğulanıb.

Forum çərçivəsində Azərbaycanın “Ultra” şirkəti ilə Latviyanın “DPA” şirkəti arasında qarşılıqlı əməkdaşlıq haqqında Anlaşma memorandumu imzalanıb.

Qeyd edək ki ULTRA şirkəti 14 illik tarixi ərzində beynəlxalq və yerli qurumların inkişafı sahəsində inteqrator şirkət kimi E-Təhsil, E-Sənəd Dövriyyəsi, ALİSA Elektron Kitabxana E-imza, E-bank, Elektron Notariat və s.  proqramlarını  tədbiq etməklə bazar payını genişləndirmiş və Avropa şirkətləri ilə konsorsium olaraq birgə fəaliyyət göstərməyə başlamışdır.

Latviyanın qabaqcıl şirkətlərindən olan 1997-ci ildə yaradılmış  DPA dünyanın 90-dan çox ölkəsində fəaliyyət göstərən L-1 Identity Solutions biometrik texnologiyasını təqdim edir. Bu sistem şəxsiyyətin tanınması üçün məlumatları yüksək səviyyədə identifikasiya etməyə şərait yaradır.

Memorandumda qəbul olunan planlara əsasən ölkəmizdə biometrik xidmətin göstərilməsi və biometrik həllərin tədbiq olunmasında Azərbaycan Respublikasının ULTRA şirkəti ilə Latviyanın DPA şirkəti arasında bilik və təcrübələrin mübadiləsi nəzərdə tutulmuşdur.

Bu sahədə daha çox təcrübəyə malik olan DPA şirkətinin əməkdaşları, xüsusən də qeyd olunan şirkətin meneceri Sanita Meijere, ULTRA şirkətinin İnfrastruktur şöbəsinin direktoru Ruslan Romanenko və digər əməkdaşlar ilə diskusiya aparmış, layihənin Azərbaycanın iqtisadi-siyasi, habelə İT sahəsinin daha da  inkişafına verdiyi töhvəni qeyd etmişdir.


 
 Elektron təhsil
 


Tərəfdaşlar üçün Biznes üçün Ev üçün