Oracle - Ultra şirkətini daha bir status ilə təltif etdi

Azərbaycanın  İT şirkətləri sırasında sistem inteqrasiya sahəsində aparıcı şirkət olan – Ultra  “Oracle Platinum Partner”  statusunu  aldı.

“Oracle Platinum Partner” statusu Oracle məhsullarının satışı və tətbiqində yüksək nailiyyətlər əldə etmiş və eyni zamanda, heyətində Oracle texnologiyaları üzrə yüksək ixtisaslı peşəkarlara malik olan şirkətlərə verilir. Qeyd edək ki, “Oracle Platinum Partner” statusu əldə etmək üçün namizəd partnyorlar bir sıra tələbləri yerinə yetirməli, öz peşəkarlığını artırmalıdır.

1977-ci ildən yaranan bu şirkət, verilənlər bazasının idarəetmə sistemləri, uzlaşdırıcı proqram təminatı və biznes-həllərin (ERP və CRM, ixtisaslaşmış sahələr üçün həllər) istehsalı ilə məşğuldur. “Oracle” şirkətinin ən məşhur məhsullarından biri olan Oracle Verilənlər Bazasını, (Oracle Database) yaranması tarixindən bu günə kimi istehsal edir və inkişaf etdirərək təkmilləşdirir.

Qeyd edək ki,” Ultra “ 2010-ci ildən ABŞ-ın “Oracle” şirkəti tərəfindən “Oracle Gold Partner”statusuna layiq görülmüşdür

Şirkətin direktoru Zaur Məmmədzadə bildirib:

“Oracle Platinum Partner” statusu bizim şirkət üçün böyük bir şərəf olduğu kimi, eyni zamanda da məsuliyyətdir. Dünya lideri olan Oracle şirkətindən dəstək qazanmaq, artıq nailiyyət əldə etmək deməkdir. Bunun əlbəttə ki, öhdəlikləri - keyfiyyətli servis xidmətini müvafiq korporativ standartlara uyğun təqdim etməkdir. Biz komandamızın heyətinə və gələcək uğurlarımıza inanırıq  və mən ümidvaram ki, “Oracle Platinum Partner” statusunun etibarını doğruldacağıq.


 
 Bank.İT.Elektron bank
 


Tərəfdaşlar üçün Biznes üçün Ev üçün