Heydər Əliyev Fondu və Ultra şirkəti daha yeni bir lahiyəni ərsəyə gətirdi

Fondun təşəbbüsü ilə  “Azerbaijan Pavilion la Biennale di Venezia” saytı yaradıldı.

Mayın 31-də “55-ci Ümumdünya təsviri incəsənət sərgisi” Venesiya Biennalesində Azərbaycan pavilyonunun rəsmi açılış mərasimi keçirildi.

İlk dəfə  1893-cü ildə keçirilən bu festival iki ildən bir dünya sənətkarlarının diqqətini Venesiyaya yönəldir.

XIV əsrə aid Lezze Sarayında yerləşən Azərbaycan pavilyonu “Ornamentlər” devizi altında təqdim olunur. Azərbaycanı altı rəssam – Butunay Haqverdiyev, Fəxriyyə Məmmədova, Fərid Rəsulov, Rəşad Ələkbərov, Sənan Ələsgərov və Çingiz təmsil edirlər. Qeyd edək ki, Azərbaycan artıq dördüncü dəfədir ki, Venesiya Biennalesinə qatılır və bu, ölkəmizin, onun zəngin mədəniyyətinin tanıdılmasına köməklik edir.

ULTRA şirkətinin analitika şöbəsinin müdiri Anar Məmmədovun sözlərinə görə , www.azerbaijanvenicebiennale.com .saytın yaradılmasında əsas məqsəd İtaliyanın Venesiya şəhərində keçirilən “Azerbaijan Pavilion la Biennale di Venezia” sərgisi vasitəsi ilə Azərbaycan mədəniyyətinin beynəlxalq səviyyədə ictimaiyyətə tanıdılmasıdır. “Azerbaijan Pavilion la Biennale di Venezia” veb saytı müasir dizayn konsepsiyasına uyğun, yüksək effektivlik və sürət imkanlarına sahib PHP proqramlaşdırma texnologiyaları üzərində qurulub. Saytin bir cox olkelerde domain var :  www.azerbaijanvenicebiennale.az, www.azerbaijanvenicebiennale.ru, www.azerbaijanvenicebiennale.it. Sayt yüksək səviyyəli təhlükəsizlik sistemi ilə tətbiq edilib.

Sayt istifadəçilər üçün rahat naviqasiyalı, cəlbedici, özünəməxsus cəhətləri əks etdirən veb səhifələrdən ibarətdir. Ana səhifə, Ön söz, Haqqımızda, Rəssamlar, Qalereya, Press-reliz və Əlaqə bölmələrindən ibarət olan sayt may ayının 21-də istifadəyə verilib. Saytın proqram təminatı, təhlükəsizlik sisteminə nəzarət, dizaynının hazırlanması və məlumat əlavəsi ULTRA şirkəti tərəfindən həyata keçirilir.

ULTRA şirkəti ölkəmizdə mədəniyyətin inkişafına yönəlmiş tədbirlərin təşkilində, xüsusilə də, Azərbaycan sənətinin beynəlxalq aləmdə yayılmasında yaxında iştirak edir.

 


 
 Elektron təhsil
 


Tərəfdaşlar üçün Biznes üçün Ev üçün