Ən son texnoloji yenilik olan “ŞƏFFAF MONİTOR” Azərbaycanda!

"ASAN xidmət" mərkəzləri Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyala üzrə Dövlət Agentliyinin tabeliyində Azərbaycan Respublikası Prezidentinin  13 iyul 2012-ci il tarixli 685 nömrəli Fərmanı ilə yaradılmışdır.

Sentyabr ayının 17-də  Bakının Yasamal rayonunda, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (ASAN xidmət) mərkəzinin açılışı oldu.

Son illərdə dövlət qurumlarının fəaliyyətində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi istiqamətində mühüm işlər görülüb. Bu məqsədlə müvafiq hüquqi baza formalaşdırılıb. Əksər dövlət orqanlarında əhaliyə elektron xidmətlərin göstərilməsi təmin edilib.

ASAN xidmətin Yasamal filialının texnoloji qurumlası işlərini yerinə yetirən “Ultra” şirkəti filialda bir çox texnoloji yeniliklər tətbiq etmişdir. Belə ki, dünyada ən son texnoloji yenilik olan şəffaf monitorlar əhalinin informasiya alması məqsədilə foyedə quraşdırılmışdır. Diaqonalı 70” olan və FULL HD keyfiyyəti ilə görüntü yayımlayan bu monitor istənilən işıqlanma şəraitində həm monitor, həm də şəffaf şüşə rolunu oynayır. 1920x 1080px nisbətində olan sensor və HDMİ interface-in köməyi ilə təsvirin ən yüksək keyfiyyəti ilə monitorda canlanmasını təmin edir. Bundan əlavə,  Mymultitouch LCD monitoru LVDS to HDMİ ,VGA, DVİ portları ilə təchiz olunmuşdur.  Analoqu olmayan şəffaf monitorlar Almaniyada istehsal olunmuşdur. Şəffaf  monitor ilk dəfə olaraq 2013-cü  ildə CeBit sərgisində ictimaiyyətə nümayiş olunmuşdur.

Bundan başqa filialdakı xidmət mərkəzlərinin xəritəsini və yönləndimə yollarını göstərən 3 tərəfli interaktiv kiosklar quraşdırılmış, ASAN xidmətin mərkəzi çağrı sistemi ilə video əlaqə yarada bilən SKYPE kioskları əhalinin istifadəsinə verilmişdir.

“Ultra” şirkətinin direktoru Zaur Məmmədzadə bildirib:

"Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi fəaliyyətə başladığı dövrdən indiyədək ümumilikdə 500 minədək insana xidmət göstərmişdir. 2013-cü ilin may ayından bizim şirkət tərəfindən  aparılan iş sentyabr ayında dövlətə təhvil verildi. Mərkəzin kompüterləri internet şəbəkəsi ilə təchiz edilmiş, bütün SKS infrastrukturu tətbiq olunmuşdur, növbə sistemi, server otaqları, müşahidə kameraları, vətəndaşların burada bütün növ elektron xidmətlərdən yararlanması üçün hər cür şərait yaradılmışdır. ASAN xidmətin yeni filalı əsasən İT infrastruktur cəhətdən diqqəti cəlb edir. Qeyd etdiyimiz kimi, burada xüsusi şəffaf monitor quraşdırılıb. Bu da, vətəndaşların bütün informasiyanı əldə etmələri üçün bir vasitədir. “Ultra” sirkətinin texniki dəstəyi ilə təşkil olunmuş İT avadanlıq unikallığı, səmərəliliyi ilə ASAN xidmətin personalına və bu xidmətdən istifadə edəcək vətəndaşlara xüsusi imkanlar verir. ASAN xidmət mərkəzləri dövlət orqanları tərəfindən göstərilən xidmətlərin vahid və əlaqələndirilmiş formada həyata keçirilməsini təmin edən qurumlardır.

Yeni açılmış mərkəz dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılması, vətəndaşlara göstərilən xidmətlərin daha keyfiyyətli,  yeni üslubda və müasir innovasiyaları tətbiq etməklə həyata keçirilməsi, elektron xidmətlərə keçidin sürətləndirilməsi məqsədi ilə yaradılmışdır.




 
 Elektron təhsil
 


Tərəfdaşlar üçün Biznes üçün Ev üçün