Asan xidmət məlumat resurs mərkəzində dünyada məşhur server soyutma sitemlərinin tətbiqi baş tutdu

ULTRA şirkəti rəsmi olaraq təmsil etdiyi Almaniyanın “Rittal” korporasiyası  Ilə birgə  Bakıda ilk dəfə olaraq  Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin və onun tabeliyində olan 1 nömrəli “ASAN xidmət”in  data mərkəzlərində server otaqlarının soyudulması üçün xüsusi peşəkar tipli Rittal LCP(Liquid Cooling Package) avadanlığını quraşdırmışdır.

İT sistemlərin soyudulması sahəsində ixtisaslaşmış Rittal şirkəti , LCP DX (Liquid Cooling Package Direct Expansion) soyuducu maye sistemini  və  freonu  istehsal edir.

Kompüter aparatlarının hazırlığını təmin edərkən mikroiqlim nəzarəti vacib rol oynayır. Serverin lazımi temperaturda işləməsinə nəzarət edilmədikdə onun xidmət müddətinin azalmasına və eləcə də,  sistemin işləməməsinə səbəb ola bilər.Geniş məlumat emalı mərkəzləri üçün mikroiqlimin nəzarəti sistemi vacib komponentlərdən biridir.

Xüsusi olaraq kiçik və orta müəssisələr üçün Rittal şirkəti 15 kvt həcmə qədər gücü, sürətli  LCP DX  soyuducu sistemini işləyib hazırlamışdır.

Məhz bu sistem Ultra şirkətinin mütəxəssis heyəti tərəfindən ASAN xidmətin  məlumat resurs mərkəzində quraşdırılmışdır. Xüsusi avadanlığın əsas üstünlüyü ondan ibarətdir ki, o istiqamətlinmiş soyuducu havanı birbaşa server avadanlıqlarına yönəldir, server otağına yox. Bu həm kifayət qədər enerjiyə qənaət olunmasına gətirib çıxarır, həm də daha peşəkar soyutma atmosferi yaradır.

2011-ci ildə 50 illik yubileyini qeyd edən "Rittal" korporasiyası İT bazarda şəbəkə və telekommunikasiya korpusları üzrə etalona çevrilib. Rittal 1961-ci ildən  qısa müddətdə dünyanın bir çox tanınmış korporasiyaları ilə (HP,İBM, SUN və s.)  tərəfdaşlıq qurmuşdur. Hazırda, Rittal İnternational -"Friedhelm Loh Group"un ən böyük konsern şirkətidir.

Qeyd edək ki, ULTRA şirkəti və “Rittal” korporasiyası tərəfdaşlıq proqramı əsasında Bakıda ilk dəfə olaraq İT menecerləri üçün server avadanlıqlarının korpus təchizatı ilə bağlı seminar keçirdi. Fevral ayının sonunda keçirilən bu seminar - dünya standarlarına uyğun yeni şəbəkə və server avadanlıqlarının, məlumat və resurs mərkəzlərinin (data center) korpus təchizatı və eləcə də, təhlükəsiz, dözümlü, bütün tələblərə uyğun data mərkəzlərin qurulmasından bəhs edirdi.

Ultra şirkəti Azərbaycanda məlumat mərkəzləri, əlaqə mərkəzləri və server otaqlarının qurulması sahəsində aparıcı şirkətlərdən biridir. 2007-ci ildən başlayaraq  Ultra şirkəti : Təhsil Nazirliyinin Məlumat və Resurs Mərkəzi,  İqtisadi İnkişaf Nazirliyinin Məlumat və Resurs Mərkəzi,  Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzinin server otağı, Ədliyyə Nazirliyinin Əhalinin Dövlət Reyestri Xidmətinin Məlumat və Resurs Mərkəzi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Məlumat və Resurs Mərkəzi, Axundov adına Milli kitabxananın server otaqlarının qurulmasını həyata keçirib.


 
 U-SAFE
 


Tərəfdaşlar üçün Biznes üçün Ev üçün