Bakıda “Oracle Banking Forum” keçirildi

Noyabrın 12-də Bakıda "Oracle Banking Forum” adlı tədbir keçirildi. Forum “Oracle” korporasiyası, sponsorluq edən yerli tərəfdaş “ULTRA” şirkəti və digər şirkətlər tərəfindən təşkil olunmuşdur.Qeyd edək ki, Ultra  “Oracle” həllərinin Azərbaycan bazarında tətbiqi üzrə lider şirkətdir.

Forumun əsas mövzusu “OracleSiebelCRM” məhsuluna həsr olunmuşdur. “Oracle”ın məhsulu müştərilərlə qarşılıqlı münasibətlərin idarə edilməsində iri şirkətlər və korporasiyalar tərəfindən istifadə edilir. “OracleSiebelCRM” məhsulunun unikallığı şirkətin  bütün bölmələrinin tapşırıqlarını kompleks şəkildə həll etməyə imkan yaratmasındadır.

Bir tərəfdən müştəri və tərəfdaşlarla iş üçün alətlər, həmçinin marketinq şöbələrinin idarə edilməsi üzrə funksiyalar front-ofisin imkanlarını genişləndirir, digər tərəfdən isə OracleSiebel CRM arxa-ofisə satışın təhlili, heyət və sifarişlərin idarə edilməsi, satış şöbəsinin əməkdaşlarının peşəkarlığını qiymətləndirmək imkanı yaradır. Proqram məhsulunun geniş funksional imkanları, satışın idarə olunması, əlaqə və telefon danışıqlarının idarə olunması mərkəzi, tərəfdaşlarla qarşılıqlı münasibətlərin idarə edilməsini və biznes-analizi özündə birləşdirir. Qeyd olunub ki, “OracleSiebel CRM” paket həlli bank biznesinin inkişaf etdirilməsi və təkmilləşdirilməsi üzrə bütün tapşırıqları həll etmək imkanına malikdir. “OracleSiebel CRM” şirkətinizlə birgə tədricən inkişaf edə bilər. Bununla yanaşı, o digər proqram məhsullarına inteqrasiya oluna, digər istehsalçıların həlləri ilə hətta başqa verilənlər bazaları ilə qarşılıqlı fəaliyyət göstərə bilər. “OracleSiebel CRM” modular üzərində qurulmuşdur,  bu isə o deməkdir ki, Siz yalnız real olaraq tələb olunan həllərdən istifadə edə bilərsiniz. Bu zaman digər modullar kəsilir və onlar üçün pul ödəməyə ehtiyac qalmır. Ehtiyac duyulduqda isə, onları asanlıqla sistemə qoşmaq mümkündür.

“OracleSiebel CRM” bütün dünyada on minlərlə şirkət tərəfindən istifadə edilir. Bu səbəbdən, “Oracle” şirkəti sahələr üzrə çoxsaylı həllər təklif edir. Bu həllər ən vacib funksiyanı özündə birləşdirir və daha sürətlə tətbiq edilə bilir.

Bundan başqa, vurğulanıb ki, “HCMCloud” və “TalentManagementCloud” bulud serverlərində aparılmış son təkmilləşdirmə işləri əməkdaşlara dərin sosial inteqrasiya və çevikliyi artırmaq imkanı yaradır. HCM bulud həllər üzərində aparılmış  vacib təkmilləşdirmə işləri  heyyət,  əmək haqqı, effektivlik və tədrisin idarə edilməsi funksiyalarını da özündə birləşdirir.

Müzakirələr zamanı maliyyə sahəsində menecment və analitika, HCM, RiskManagement, ProcurementManagement və PerformanceManagement kimi mövzulara toxunuldu. Forum iştirakçılarına “OracleFinancialServicesAnalyticalApplications” tətbiqetməsinin üstülükləri barədə məlumat verildi.

“Oracle”ın analitik tətbietmələri (OracleFinancialServicesAnalyticalApplications, OFSAA) maliyyə qurumlarına, minimal risk səviyyəsi ilə, qarşıya qoyulmuş məqsədlərə effektivlik baxımından çatmağa imkan verir, proseslərin şəffaflığını artırmaq və qanunun tələb və qaydalarının icrasına sərf olunan xərcləri azaltmaqla, risklərin idarə edilməsi mühitini yaratmağa kömək edir. Bütün bunlar vahid, ümumkorporativ platormada həyata keçirilir. Hərtərəfli funksional imkanlar və standartlara uyğunluq bu məhsulu öz sinfində liderə çevirib.

“Oracle” bu cür məhsulların imkanlarını genişləndirmək məqsədilə, onlara vəsait ayırır. Azərbaycan şirkətlərinin “Oracle” şirkəti ilə əməkdaşlığı, sürətlə böyüyən bazarda maliyyə sektorunda fəaliyyət göstərən yerli şirkətlərə platformanın bütün üstünlüklərini təqdim edir.

"Oracle Banking Forum”  iştirakçıların banklarda idarəetmə hesabatlılığının qurulması sahələrində dünya trendləri və ən son yeniliklər barədə biliklərini artırmaq imkanı vermişdir.

“Oracle” şirkətinin Cənubi Qafqaz və Orta Asiya ölkələri üzrə bölgə rəhbəri Sərxan Həşimovun sözlərinə görə, hazırda ölkəmizdə “Oracle” məhsullarının tətbiqi üzrə bank İT-bölmələri mütəxəssislərinin  hazırlığı kifayət qədər yüksək səviyyədədir. Belə ki, müstəqil olaraq alətlər hazırlamaq və icra etməkdənsə maliyyə sahəsində müasir dünya standartlarına cavab verən alətlərdən istifadə etmək daha sərfəlidir.

Bu imkan “Oracle” şirkətinin təcrübəli məsləhətçi-mütəxəssislərin köməkliyi ilə yaradılıb. Tədbir iştirakçıları həmkarları ilə təcrübə mübadiləsi aparmaq və gələcək inkişaf strategiyasının planlaşdırması zamanı aktual vəzifələrin həlli yolları barədə müzakirədə də iştirak etdilər.


 
 Bank.İT.Elektron bank
 


Tərəfdaşlar üçün Biznes üçün Ev üçün