Bugün Ultra şirkətinin fəaliyyətinin 15 ili tamam oldu

Azərbaycanın İT bazarında inkişaf dinamikasını daim yeniliklərlə artıran, peşəkar işçi heyəti və təcrübəli mütəxəssislərinin birgə səyi nəticəsində ərsəyə gətirdikləri kompleks həllər hesabına həyata keçirdikləri layihələrlə daim ilklərə imza atan, təhsil, səhiyyə və mədəniyyətimizə verdiyi töhfələrlə respublikamızın davamlı və dayanıqlı inkişafının təmin edilməsində böyük xidmətləri olan Ultra şirkəti bugün 15 yaşını qeyd edir.

Şirkət bu 15 il müddətində bir sıra iri, dövlət əhəmiyyətli layihələrin həyata keçirilməsində yaxından iştirak etmiş və Azərbaycanda İKT-nin inkişafına böyük töhfələr vermişdir.2003-2005-ci illərdə universitetlərdə müxtəlif İKT layihələrinin həyata keçirilməsi, tələbələr üçün güzəşətli kredit kampaniyalarının tətbiq olunması, universitetlərdə hotspot zonaların qurulması və s. kimi fəaliyyətləri ilə  təhsil sektorunun inkişafına dəstək olunmuşdur. Ardıcıl olaraq e-Məktəb, e- Gündəlik, Smart Class,  e-Təhsil layihələri və  müəllimlərin elektron ərizə vasitəsilə işə qəbulu ilə Azərbaycan Təhsilinə müasir İKT naliyyətlərinin tətbiqinə zəmin yaratmışdır.Son texnologiyaların tətbiqi ilə işləyən mərkəzləşmiş vahid kitabxana sistemi qurmaq, müəllif hüquqlarını qoruyub saxlamaqla və milli ədəbiyyat nümunələrini elektron daşıyıcılara köçürməklə e- Kitabxana (ALİSA) yaratmaq Ultranın mədəni irsimizin qorunub saxlanılması istiqamətində dəyərli xidmətidir. Eurovision.az portalını hazırlamış və portalın təhlükəsizliyinin təmin edilməsinə görə Ultra şirkəti Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin fəxri fərmanı ilə təltif olunmuşdur.Elektron hökümət quruculuğunda fəal iştirak edən şirkət, həyata keçirdiyi layihələrlə istər dövlət, istərsə də, özəl təşkilatların fəaliyyət göstərdiyi qurumlarda , Asan xidmət filiallarında yeni İT infrastrukturunun və təhlükəsizlik sistemlərinin qurulmasında fəal iştirak etmiş,lokal şəbəkələr və data mərkəzlər qurmuş, e-Sənəd dövriyyəsi , HRM-Kadrların idarə olunması sistemi, e-Banking, e-Imza, e-Sığorta və s. həllərin tətbiqini həyata keçirmişdir.Azərbaycanda ilk milli noutbuk brendini yaratmış şirkət,  inkişaf dinamikasını distribüsiya sahəsində də olduqca genişləndirmiş və 2000-ci ildən tərəfdaşlıq etdiyi İntel korporasiyası ilə birgə  2003-2005-ci illərdə MDB ölkələri içərisində  ilk dəfə olaraq Azərbaycanda  müasir texnologiyaların premyeraları keçirilməsinə nail olmuşdur. Dünya bazarında öz sözünü demiş, ən iri korporasiyalarla tərəfdaşlıq şəbəkəsini böyüdən Ultra HP, Cisco, Microsoft , Oracle,Tripplite, Tunçmatik, və s. şirkətlərin rəsmi statuslarını qazanmış və bu günə kimi də tərəfdaşlıq proqramlarını həyata keçirir.

 

“Şirkətimizin bugünkü inkişaf dinamikasını sürətləndirmək və daim yeniliklər (Always Innovation) etmək üzərində böyük və peşəkar bir heyət işləyir və növbəti il üçün şirkətimizin  əsas məqsədi regional kompleks həllər təklif edən şirkətə , növbəti 10 il üçün isə Avropanın tanınmış şirkətlərindən birinə çevrilməkdir. “ – şirkətin direktoru Z.Məmmədzadə bildirmişdir.

 
 HRM Sistemi
 


Tərəfdaşlar üçün Biznes üçün Ev üçün