"ULTRA" şirkətindən "e-Təhsil" layihəsi çərçivəsində daha bir yenilik

"ULTRA" şirkəti 2008-2012-ci illər üçün Təhsilin informasiyalaşdırılması üzrə Azərbaycan Respublikası Dövlət Proqramının icrası ilə məşğul olan şirkətlərdən biri olaraq "e-Təhsil" layihəsinin 3D maarifləndirici filmini ictimaiyyətin ixtiyarına verib.

Filmdə əsasən "e-Təhsil"in məktəblilərə, müəlllimlərə, tələbələr və valideynlərə göstərilən xidmətin təsviri göstərilmişdir. Bundan başqa animasiyalı filmdə Azərbaycan Respublikasının Təhsil Portalı, Məlumat və Resurs Mərkəzinin iş fəaliyyəti də təsvir olunmuşdur. 3D filmin tam sujetinin ideyası "ULTRA" şirkəti tərəfindən irəli sürülüb.

Məlumat üçün bildirək ki, "e-Təhsil" layihəsi Təhsilin İnformasiyalaşdırılması üzrə Dövlət Proqramı çərçivəsində olaraq Azərbaycan Respublikası Təhsil Nazirliyi, ULTRA, AzEdunet, İntel, Mədəd, Microsoft, HP və Siveco şirkətlərinin konsorsiumu ilə hazırlanmış və idarə edilməkdədir.


 
 E-Sənəd Dövriyyəsi
 


Tərəfdaşlar üçün Biznes üçün Ev üçün