Press-Relizlər
«Müstəqil Azərbaycan 20 ildə» Milli Sərgisi
ULTRA şirkəti 27-30 sentyabr tarixlərində «Bakı Expo» sərgi mərkəzində keçirilən«Müstəqil Azərbaycan 20 ildə» sərgisində aktiv iştirak edir.
Netbuk Nexus Classmate: Misilsiz Kredit kampaniyası
Nexus milli kompüter brendi istehsalçısı kimi tanınan ULTRA şirkəti yeni kampaniya elan edir. Sentyabr ayının 15-dən başlayaraq Nexus Classmate netbukunu kreditlə illik faizsiz və ilkin ödənişsiz almaq mümkün olacaq və alıcı 12 ay müddətində ayda 30 AZN ödəyəcək. Bunun üçün Bakı qeydiyyatı olmaqla şəxsiyyət vəsiqəsinin surətini və iş yerindən arayış təqdim etmək kifayətdir.
Azərbaycanın nümayəndə heyəti milli “Elektron məktəb” modelini beynəlxalq səviyyədə təqdim edəcək
Azərbaycanın nümayəndə heyəti 2011-ci ilin 15-16 sentyabr tarixlərində Kazan şəhərində keçiriləcək “Elektron məktəb – 2011” adlı birinci beynəlxalq konfransda iştirak edəcək. Konfrans Tatarstanın Təhsil və Elm Nazirliyi və İntel korporasiyası tərəfindən təşkil edilmişdir.
Ölkədə elektron imzanın tətbiqinə başlanıldı
Bu gün Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzində Azərbaycan Respublikası Nazirlər Kabinetinin, “Elektron Azərbaycan” Dövlət Proqramının və “Elektron Hökumət” Fəaliyyət Proqramının Əlaqələndirmə Şurasının və digər qurumların nümayəndələrinin, həmçinin KİV-in iştirakı ilə elektron imzanın istifadəyə verilməsinə həsr olunmuş təqdimat mərasimi keçirilmişdir.
Azərbaycan leqal proqram təminatının istifadəsinə keçir
