Press-Relizlər

Beverli Hillsdə böyük uğurla Azərbaycan-Amerika biznes forumu keçirildi

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğu tərəfindən ABŞ-ın qərb regionunda sayca dördüncü ikitərəfli forum təşkil edildi. Səfər çərçivəsində Azərbaycanın Kaliforniyadakı nümayəndə heyətinə Əli Abbasov başçılıq edirdi.

Ardını oxu...

   

Azərbaycan Microsoftla lisenziyalaşdırılmış proqram təminatından istifadəyə dair tədbirlər haqqında müqavilə imzaladı

 

May ayının 27-də Azərbaycan höküməti Microsoft korporasiyası ilə rəsmi müqavilə imzaladı. Müqaviləyə əsasən bura daxil olan bütün dövlət təşkilatları yalnız rəsmi lisenziyası olan proqram təminatından istifadə etməlidirlər. Ultra şirkəti Microsoftun Gold Partner statuslu tərəfdaşı olduğuna əsasən bu müqavilə üzrə icraçılığı öhdəliyinə götürür.

Ardını oxu...

   

“Elektron imza” haqqında qanunun kütləvi tətbiqindən sonra abituriyentlərin ali məktəblərə sənəd verməsi prosesi asanlaşacaq

“Elektron imza” haqqında qanun kütləvi şəkildə tətbiq olunandan sonra abituriyentlərin ali məktəblərə sənəd verməsi prosesi daha da asanlaşacaq”. APA-nın məlumatına görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında deyib. TQDK sədrinin sözlərinə görə, hazırda ali məktəblərə qəbul imtahanlarında iştirak üçün sənəd verən abituriyentlər elektron ərizə verdikdən sonra öz ərizələrini müvafiq Sənəd Qəbulu Komissiyalarında (SQK) təsdiqlədirlər.

Ardını oxu...

   

Artıq E-Təhsil layihə çərçivəndə valideynlər uşaqlarının qiymətlərini SMS vasitəsilə ala biləcəklər.

2008-2012-ci illərdə Azərbaycan Respublikasında Təhsil Sisteminin İnformasiyalaşdırılması üzrə Dövlət Proqramı çərçivəsində Ultra şirkəti e-Təhsil sistemini tətbiqi davam edir. E-Təhsil sisteminin layihəsi 30 məktəbdə pilot sistem olaraq tətbiq edilmişdir.

Ardını oxu...

   

Heydər Əliyev fondu təmir edilmiş müasir məktəbi Ulyanovsk şəhərinə hədiyyə etdi

Yeni dərs ilinin əvvəlində Heydər Əliyev fondu Ulyanovsk şəhərinə müasir məktəb hədiyyə etdi.

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın təşəbbüsü və şəxsi nəzarəti altında “Təhsilə dəstək” layihəsi çərçivəsində Ulyanovsk şəhərində 78 saylı orta ümumtəhsil məktəbinin binası əsaslı təmir olundu.

Ardını oxu...

   

 
 U-SAFE
 


Tərəfdaşlar üçün Biznes üçün Ev üçün