Bakıda İnformasiya texnologiyaları üzrə birinci Azərbaycan-Belarus biznes forumu keçiriləcək.

İnformasiya texnologiyaları üzrə birinci Azərbaycan-Belarus biznes forumu Bakıda fevral ayının 9-da keçiriləcək.

Forum Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən və Belarusun Azərbaycandakı Səfirliyinin texnologiyalar parkında iştirakı sayəsində təşkil olunub. Burada YTP-nın rezidentlərinin məhsulları təmsil olunacaq.

Forumda iştirak üçün Azərbaycana həmçinin Belarus Dövlət İnformatika və Radioelektronika Universitetinin və iri İT-şirkətlərin nümayəndələri səfər edəcək.

Bundan əvvəl Azərbaycan Belarusiyaya “Transmilli Avrasiya Super İnformasiya Magistralı (TASİM)” layihəsində iştirak etməyə təklif etmişdir. Bunun üçün Belarusiya öz fibro-optik şəbəkəsini təqdim etməli, güzəşt tarifləri ilə təmin etməli, kontentin yaradılmasında və məlumat mübadiləsində yeganə siyasətin tərtibatına qoşulmalıdır.

Azərbaycan və Belarusiya arasında əməkdaşlığın digər üstün cəhətlərindən biri də rəqəmsal televiziyadır.

İnformasiya texnologiyaları üzrə Azərbaycan-Belarus biznes forumu çərçivəsində   “Sistem texnologiyaları” (Belarus) və “ULTRA” (Azərbaycan) şirkətləri tərəfindən Azərbaycanın altı maliyyə müəssisəsinin nümayəndələri ilə ikitərəfli görüşlərin keçirilməsi planlaşdırılıb. Həmçinin “Sistem texnologiyaları” və “ULTRA” şirkəti arasında əməkdaşlıq haqqında strateji tərəfdaşlıq müqaviləsinin imzalanması təşkil olunacaq. “Sistem texnologiyaları” şirkəti Belarusiyada maliyyə sektoru üçün xidmət göstərən  və proqram təminatı ilə təmin edən və aparıcı tərtibatçı olan “ST-Qrup” İnnovasiya birliyinə daxildir.
Xüsusilə, şirkət aparıcı istehsalçıların yüksək keyfiyyətli hissələrini istifadə edərək müxtəlif modelli informasiya və ödəmə terminallarını istehsal edir.Şirkət bank biznesinin spesifikasiyasına müvafiq olan müxtəlif modelli ödəmə terminallarını təklif edir.


 
 Elektron təhsil
 


Tərəfdaşlar üçün Biznes üçün Ev üçün