Belarus Azərbaycanda yüksək texnologiyalar parkının yaradılmasında iştirak etmək niyyətindədir

İnformasiya texnologiyaları üzrə birinci Azərbaycan-Belarus forumu zamanı Belarus Rabitə Nazirliyi və telekommunikasiya şirkətlərinin nümayəndələri azərbaycanlı həmkarları ilə Azərbaycanda elektron hökumət və yüksək texnologiyalar parkının (YTP) yaradılması layhəsində iştirak etməyə dair məsələləri müzakirə ediblər.

Bu barədə Belarus yüksək texnologiyalar parkının direktoru Valeri Tsapkalo deyib. Onun sözlərinə görə, forum proqram təminatının hazırlanması sahəsində işləyən Azərbaycan və Belarus şirkətlərinə idea axtarışında və qarşılıqlı fəaliyyətdə yardım edır.

"Bu gün Belarusda müəyyən dərəcədə unikal olan bir neçə texnologiya parkları fəaliyyət göstərir və onların fəaliyyəti proqram təminatının hazırlanması ilə bağlıdır", - Tsepkalo deyib.

"Sistem texnologiyaları" (Belarus) və "ULTRA" (Azərbaycan) şirkəti arasında informasiya texnologiyalarına dair birinci Azərbaycan-Belarus biznes-forumu çərçivəsində əməkdaşlıq haqqında strateji tərəfdaşlıq müqaviləsinin imzalanması təşkil olunacaq. Forumun gedişində Azərbaycanın altı maliyyə müəssisəsinin nümayəndələri ilə ikitərəfli görüşlərin keçirilməsi planlaşdırılıb.

Forum Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən və Belarusun Azərbaycandakı Səfirliyinin texnologiyalar parkında iştirakı sayəsində təşkil olunub. Burada YTP-nın rezidentlərinin məhsulları təmsil olunacaq.


 
 E-Sənəd Dövriyyəsi
 


Tərəfdaşlar üçün Biznes üçün Ev üçün