Azərbaycan və Belarus İKT sahəsində əməkdaşlıq haqqında müqavilə imzaladı

Azərbaycan və Belarus informasiya-kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq haqqında müqavilə imzaladı. Müqavilənin imzalanması informasiya texnologiyaları üzrə birinci Azərbaycan - Belarus biznes-forumu zamanı həyata keçirildi.

Sənədi Belarus Dövlət İnformatika və Radioelektronika Universitetinin rektoru Mixail Batur və Azərbaycan Texniki Universitetinin rektoru Xavər Məmmədov imzalayıb.

Forum çərçivəsində həmçinin Azərbaycanın "Ultra" şirkəti və "ST-Qrup" Belarus İnnovasiya Birliyi arasında müqavilə imzalanıb. Sənədi "Ultra" şirkətinin rəhbəri Tahir Mirkişili və "ST-Qrup"un baş direktoru Aleksandr Mukovozçik imzalayıblar.


 
 E-Sənəd Dövriyyəsi
 


Tərəfdaşlar üçün Biznes üçün Ev üçün