Azərbaycan özəl İKT sektorunun nümayəndəsi ölkə prezidentinin iştirak etdiyi konfransda çıxış edib

Azərbaycan Respublikası prezidenti İlham Əliyevin iştirakı ilə təşkil olunmuş  “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”-nın həyata keçirilməsinin birinci il üçün nəticələrinə həsr olunmuş konfransda Azərbaycanın özəl İKT sektorunun nümayəndəsi, informasiya texnologiyaları sahəsində ixtisaslaşmış Ultra şirkətinin baş direktoru Tahir Mirkişili də çıxış etmişdir.

T. Mirkişili öz nitqində informasiya texnologiyalarının ölkə imicinin müsbət dəyişməsinin faktorlarından biri olduğunu, İKT-nin ölkədə ən stabil inkişaf edən sahə olduğunu qeyd etmişdir.

«Bu gün iqtisadiyyatın inkişafını informasiya texnologiyalarsız təsəvvür etmək qeyri-mümkündür. İnformasiya texnologiyaları rəqabət sahəsində və ölkə imicinin dəyişilməsi üçün zəmin yaradan ən mühüm faktora çevrilmişdir. Azərbaycan respublikasının prezidenti İlham Əliyev iqtisadiyyatın innovativ inkişafı üçün məhz bu faktoru yüksək qiymətləndirə və bu sahənin mühüm rolunu ön plana çəkərək informasiya texnologiyalarını ölkədə prioritet sahə elan etmişdir. Siyasi stabilliyə, əlverişli biznes mühitə və sahibkarlığa dövlətin göstərdiyi dəstək hesabına son zamanlar ölkənin ən qabaqcıl İT şirkətlərindən biri olan Ultra şirkəti bütün məsuliyyəti dərk edərək bu istiqamətdə kifayət qədər səy və dayanıqlıq tələb edən, keyfiyyət baxımından yeni və milli maraqları əks etdirən addımlar atmışdır», - T. Mirkişili vurğulamışdır.

«Bizim həyata keçirdiyimiz layihələrin əsas məqsədləri bunlardır: birincisi, informasiya texnologiyalarının tətbiq olunması yolu ilə iqtisadiyyatın innovativ inkişafı və elmi-iqtisadiyyat və sosial həyatın qarşılıqlı fəaliyyətinin genişləndirilməsi naminə çalışmaq. İkincisi elektron idarəetmə sahəsində özündə rasional və vizual metodları əks etdirən xüsusi proqram resurslarının işlənib hazırlanması və tətbiqidir. Və nəhayət, üçüncüsü Azərbaycanın strateji sosial-iqtisadi inkişafı sahəsində iqtisadi-texniki və fəlsəfi bağlılığın informasiya texnologiyaları – iqtisadiyyatın artırılması, informasiya texnologiyaları – elmin inkişafı, informasiya texnologiyaları- beynəlxalq inteqrasiya və s. kimi uğurlu tətbiqidir.», - o əlavə etmişdir.

T. Mirkişili öz nitqində həmçinin şirkətin uğurlarından, xüsusilə də şirkətin istehsal etdiyi, yalnız ölkədə deyil, xaricdə də tələbat doğuran Nexus noutbuklarının istehsalı sahəsində əldə etdiyi kommersiya nailiyyətlərindən danışmışdır.

Baş direktor öz nitqində şirkətin Azərbaycan elektron idarəçiliyin formalaşdırılması sahəsində bir sıra layihələr həyata keçirdiyini və Azərbaycanın milli maraqları çərçivəsində şirkətin məqsədlərini reallaşdırması faktını xüsusi vurğulamışdır.


AzerTaс


 
 Elektron təhsil
 


Tərəfdaşlar üçün Biznes üçün Ev üçün