ULTRA şirkəti “İOMEGA” şirkətinin Azərbaycanda rəsmi distribütorluq statusunu aldı

Azərbaycanın ən böyük İT şirkətlərindən biri olan ULTRA Computers  şirkəti daim innovasiya göstərir. Şirkət distribusiya sahəsində yeni irəliləyiş mərhələsindədir. Şirkət beynəlxalq tərəfdaşlarının siyahısına daha bir tərəfdaş əlavə etmişdir.

ULTRA şirkəti EMC korporasiyasının tərkibində olan “İOMEGA” şirkətinin Azərbaycanda rəsmi distribütoru olmuşdur. İOMEGA şirkəti innovativ saxlama avadanlıqları və kiçik biznes, ev ofisi və digər istehlakçıların təlabatını ödəyən şəbəkə həlləri üzrə sərt disklər, multimediya avadanlılarının istehsalı üzrə beynəlxalq lider şirkətlərdən biridir. Şirkət 1980-ci ildən bəri 410 milyondan çox rəqəmsal saxlama diskləri və sərt diskləri satmışdır. Hal-hazırda İOMEGA şirkəti multimediya avadanlıqlar, rəqəmsal daşıyıcı disklər, eksternal disklər və interaktiv multimediya saxlayıcıları istehsal edir.
Artıq ULTRA şirkəti İOMEGA korporasiyasının məhsullarını Azərbaycan istehlakçılarına təqdim etmək iqtidarındadır.


 
 HRM Sistemi
 


Tərəfdaşlar üçün Biznes üçün Ev üçün