Ultra şirkəti Oracle və Cisco-nun yüksək statuslu tərəfdaşı oldu

Azərbaycan İT şirkətləri sırasında sistem inteqrasiya sahəsində aparıcı şirkət olan – Ultra şirkəti distribusiya sahəsi üzrə də daim irəliləyişlər etməkdədir. Ultra şirkəti daim innovasiya təqdim etmək üçün yüksək statuslu tərəfdaşlıqlar qurmaqdadır. Şirkət “Oracle Gold Partner”“Cisco Premier Certification Partner” statuslu tərəfdaşı oldu.

 

 

 

Oracle Gold Partner statusu - Ultra şirkətinin Oracle həllərinin tam satış hüququna malik olmasını bildirir. Bundan başqa, Gold Partner statusu  - Oracle həlləri üzrə mütəxəssisləri olan və Oracle həllərin tətbiqini edən şirkətə verilir.

 

Cisco Permier Certification Partner statusu ilə Ultra şirkəti avtorizə edilmiş Cisco avadanlıqların tətbiqi ilə yanaşı, simsiz şəbəkə və texnologiya təhlükəsizliyinin inteqrasiyasını təmin edəcəkdir.


 
 E-Sənəd Dövriyyəsi
 


Tərəfdaşlar üçün Biznes üçün Ev üçün