ULTRA şirkəti Azərbaycan Respublikası İqtisadi İnkşaf Nazirliyində HRM – Kadrların İdarə olunması sistemini tətbiq etdi

Ölkənin aparıcı İT şirkətlərindən biri olan Ultra şirkəti inteqrasiya sistemləri üzrə həllər təqdim etməkdədir. Şirkət Azərbaycanda Respublikası İqtisadi İnkşaf Nazirliyində “HRM – Kadrların İdarə olunması” sisteminin tətbiqi prosesini artıq başa çatdırmışdır.

Bu sistem nazirlikdə tətbiq olunan “Megapolis DocNet” elektron sənəd dövriyyəsi sisteminin tərkib hissəsi kimi nəzərdə tutulub və onunla inteqrasiya-məlumat mübadiləsi sxemində çalışır.

“HRM – Kadrların İdarəolunması” sistemin tətbiqi nəticəsində aşağıdakı üstünlüklər əldə olunmuşdur:

 

•    Kadrlarla bağlı məsələlərdə səmərəliliyin artırılması üçün vahid məlumatlar mühitindən istifadə imkanı;
•    Əməkdaşlar haqqında məlumatların toplanması və sonradan bunun əsasında hesabatların avtomatik formalaşdırılması;
•    Əmrlərin və əmək müqavilələrinin şablon əsasında avtomatik yaradılması;
•    Sənəd dövriyyəsi sistemi ilə inteqrasiya;
•    Ştat cədvəli üzrə hesabatların formalaşdırılması;
•    Personalla əlaqədar hesabatların formallaşdırılması;

Sistem bir neçə moduldan ibarətdir ki, bu da təşkilatda kadların idarə edilməsi biznes-prosesləri üçün kifayət qədər funksional imkanları təmin edir.

Tətbiq olunan modullar aşağıdakılardır:
“Ştat cədvəli” modulu - Bu modul Ştat cədvəlinin aparılması və planlaşdırılmasına imkan verir. Həmçinin bu modul avtomatik olaraq aylıq və ya illik əmək haqqı fondunun hesablanması,  vakant yerlərin sayının müəyyənləşdirilməsi, ştat cədvəlində aparılan dəyişikliklərin tarixçəsini təmin edir.

“Kadrlar” modulu sistemdə kadrlarla bağlı bütün işgüzar prosesləri aparmağa imkan verir.
“İş vaxtının uçotu” modulunun məqsədi personalın iş vaxtını planlaşdırılmaq və uçotunu aparmaqdır.

Həmçinin sistemdə biznes proseslərin aparılması üçün əməkdaşların reyestri, ətraflı axtarış, stajların avtomatik hesablanması, kadr əməliyyatları kimi xidmətlər də yaradılıb.


 
 HRM Sistemi
 


Tərəfdaşlar üçün Biznes üçün Ev üçün