ULTRA “Xalq kompüteri” layihəsinə dəstək verəcək !

Ölkənin İnformasiya Texnologiyaları və inteqrasiya həllərinin tətbiqi üzrə fəal çalışan Ultra şirkəti  artıq “Xalq kompüteri” layihəsinə də dəstək verəcək.

Beləki, Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Azərbaycan Respublikası Təhsil Nazirliyi, HP və Microsoft şirkətlərinin birgə olaraq həyata keçirdikləri "Xalq kompüteri" layihəsinin ölkədə daha da  kütləviləşməsi və verilən kompüterlərin imkanlarının daha da artırılması  üçün ULTRA şirkəti proqram çərçivəsində təqdim olunan kompüterləri Microsoft Korporasiyasının bu proqram üçün xüsusi imtiyazlı lisenziyalı proqram təminatları ilə təchiz edəcəkdir.

Layihənin əsas məqsədi əhalinin müxtəlif sosial təbəqələrinin müasir kompüterlər və lisenziyalı proqramları güzəştli şərtlərlə əldə etməsinə şərait yaratmaq və bölgələrdə İKT-nin tətbiqini genişləndirməklə rəqəmli geriliyi azaltmaq, Azərbaycan hökumətinin informasiya cəmiyyətinin və e-hökumətin inkişaf etdirilməsi istiqamətindəki fəaliyyətini dəstəkləməkdir.

Layihənin ümumi konsepsiyası bir sıra mühüm dövlət proqramlarına, o cümlədən "Elektron Azərbaycan" Dövlət Proqramına və "2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı"-na tam uyğundur.

Qeyd edək ki, indiyə kimi “Xalq kompüteri” layihəsi çərçivəsində 7695 kompüter alınıb.

ULTRA şirkəti Microsoft Korporasiyanının və HP Korporasiyanın Azərbaycanda Gold Partner statusuna malikdir.


 
 U-SAFE
 


Tərəfdaşlar üçün Biznes üçün Ev üçün