Bankın biznes-proseslərinin «ULTRA»&«SТ» tərəfindən avtomatlaşdırılması: əlvida marqinallıq!

Müasir dövrdə banklarda İT sistemin vəziyyətinin ən müxtəlif qiymətləndirilməsini eşitməli oluruq. Fikirlər “bunlar ən qabaqcıl, irəliləmiş sistemlərdir” və “banklarda vəziyyət faciəvi vəziyyətdədir, sistemlər qeyri-professional olaraq layihələşdirilib və dəstəklənir” kimi fikirlər arasında fərqlənir.

Əgər bütün İT bazarına onun xidmət istehlakçılarının nöqteyi nəzərindən baxsaq, bu halda, sözsüz, banklar informasiyalaşdırılma nöqteyi nəzərindən digər müəssisələrdən daha əlverişli vəziyyətdədir. Bununla belə, bankların digər maliyyə müəssisələri ilə müqayisədə daha müasir İT –dən istifadə etməsinə baxmayaraq, informasiyalaşdırılma ilə problemlər burada da mövcuddur.

Avtomatlaşdırılmış Bank Sisteminin (ABS) imkanlarının genişləndirilməsi və əlavə modulların tətbiq edilməsi problemi yalnız yenidən yaradılmış banklar qarşısında durmur. Böhran şəraitində fəaliyyətdə olan banklar da dövri surətdə bu cür həllərin vacibliyi ilə üzləşirlər. Bununla bərabər, bankın imkişaf səviyyəsi,  müştərilərə təklif olunan xidmətlərin keyfiyyət və kəmiyyətinin artırılması, rəqabətin artması,  qanunvericilik dəyişikliyi və s. bankda istifadə olunan avtomatlaşdırma sisteminə olan tələbləri artır. Buna görə də hər kommersiya bankı vaxtaşırı tənqidi surətdə istifadə olunan ABS-i qiymətləndirməli və onun modifikasiya edilməsi və ya yenisi ilə əvəz olunması haqda qərar qəbul etməlidir.

Avtomatlaşdırılmış bank sisteminin modifikasiyası haqqında qərarın qəbul olunması prosesində onun keyfiyyətli işinin reallaşdırılmasının texniki vasitələr dəstinə xüsusi diqqət ayırmaq lazımdır. Qərb ABS-lərinin modullarının seçimi haqqında qərarın böyük çatışmazlığı yalnız onun Azərbaycan şəraitində tətbiqinin və müşayiət olunmasının çətinliyində deyil, həmçinin modifikasiyaedici şirkətin kommersiya bankından uzaqlığındadır. Qərb modifikator-firmaların nümayəndələri adətən az sayda olur və Azərbaycanda ABS dəstəklənməsi sahəsində çoxillik təcrübələri yoxdur. Həmçinin, nəzərə alınmalıdır ki, çoxfiliallı banklarda ABS modifikasiyası zamanı əsas bankın və onun filiallarının avtomatlaşdırma sisteminin bir təşkilatda işlənib hazırlanması daha məsləhətdir. Bu əsas bank ilə filiallar arasında məlumat mübadiləsini  əhəmiyyətli dərəcədə asanlaşdırır, banka vahid iş texnologiyasını tətbiq etməyə imkan yaradır.

ABS modifikasiyası bir qayda olaraq təkmilləşdirilməli və ya dəyişdirilməli tələblərin formalaşdırılmasından başlayır. Onlardan əsasları:

•    funksional tamlıq – bütün növ bank fəaliyyətinin daha dolğun əhatə edə bilməsi imkanı
•    etibarlılıq – məlumatın tamlığının və daimiliyinin saxlanılmasına zəmanət verilməsi
•    genişlənmə imkanı – sistemin funksional imkanlarının yeni modulların əlavə edilməsi vasitəsi ilə inkişaf etdirilməsi
•    qeyri-qanuni daxil olma təhlükəsizliyi

ABS-in dəyişdirilməsi zəhmət tələb edən və kifayət qədər qiymətli prosesdir. Adətən, bu proses ABS-in növündən asılı olaraq 1-3 il davam edə bilər. Əksər hallarda ASB-in dəyişdirilməsinə ehtiyac olmur. Beelə ki, yeni imkanların əldə olunması üçün artıq mövcud ASB-in genişləndirilməsi və tamamlandırılması kifayət edir. Bank tərəfdən əldə olunmuş ST.BANK.IT həllərin optimal qiymət dəyəri innovativ sistemin tətbiq edilməsi üçün xərclərin azaldılması hesabına ödənilir. Beləki, PT-nın tətbiq edilməsindən sonra sizin bankınız əməkdaşların iş icrası yükünün azalması nəticəsində kadr sisteminin yenidən təşkil olunması imkanı əldə edəcək. ST.BANK.IT–nin tamamlanmış və təkmilləşdirilmiş proqram məhsulunu əldə etməklə öz biznesinin inkişafı üçün etibarlı və səriştəli tərəfdaş əldə edirsiniz.

Yuxarıda sadalanmış aspektləri nəzərə almaqla “ULTRA” və “Sistem Texnologoyaları” şirkətləri bank sektoru və digər maliyyə müəssisələrinə öz inteqrasiya həllərini təklif etməyə hazırdır -  «ST.BANK.IT.MailBank»; «ST.BANK.IT.Analitika və hesabdarlıq »; «ST.BANK.IT.MultiChannel»; «ST.BANK.IT.CRM»; «ST.BANK.IT.Kredit sənəd dövriyyəsi». Bu elastik həllər möhkəmlənmə, məlumatın analiz və emalının tam dəstinə malikdir və banklara əvvəl istifadə edilmiş həllərin funksionallığını itirmədən müştəri uğrunda mübarizədə qalib çıxmağa, öz filial və şöbələrinin coğrafiyasını təqdim olunan xidmət və onların operativ işlənib hazırlanması hesabına tez genişləndirmək  imkanı yaradacaq.

ST.BANK.IT–nin elastik bank həllərinin imkanlarından istifadə müasir banklara aşağıdakı hakim imkanlar təqdim edir:

•    bankın biznesinin tez genişləndirilməsi;
•    əməliyyatçıların işinin optimallaşdırılması;
•    müştərinin banka baş çəkmələrinin sayının minimuma salınması;
•    məlumat və biznes-proseslərinin idarə olunmasının mərkəzləşdirilməsi;
•    tətbiqi proqramların elastik inteqrasiyası və onların biznes üçün erqanomikliyi;
•    bankın müştərilərinə operativ və keyfiyyətli xidmət göstərməsi;
•    məlumat analizinin elastikliyi və operativliyi;
•    MB-da bank və müştərinin məlumatının saxlanılmasının rahatlığı;
•    struktur və məliyyə xərclərinin bankın informasiya texnologiyalarının dəstəklənməsi üçün optimizasiyası;
•    bank əməkdaşı və müştərilərdə yaranan suallar üçün müasir dəstəyin – Call Center – təmin olunması;
•    həllərin optimal qiymətə  operativ tədarükü, tətbiqi və istismarı.

Tətbiqi proqramın elastik inteqrasiya imkanı və onların biznes üçün erqonomikliyi bilavasitə bütün komponent və alt sistemlərin sıx inteqrasiyası və bir-birinə nüfuzunu, həmçinin onları yeni tip ümumi inteqrasiya platforması əsasında bağlayan tətbiqi proqramları təmin edən ST.BANK.İT - nin həllərində yeni İT texnologiyaların istifadəsi ilə bağlıdır. Yeni inteqrasiya mexanizmlərindən istifadə bütün digər bank alt sistemlərinin, tətbiqi proqramlarının, modullarının və s. yüksək keyfiyyətli, operativ və etibarlı fəaliyyətinə imkan yaradır.

“Müştəri-Bank” sistemi vasitəsilə bankın müştərilərə xidmət göstərməsi bank bazarının müasir inkişaf tendensiyası və informasiya-kommunikasiya texnologoyalarının inkişafı yolunda praktiki nailiyyətlərin diktəsi ilə formalaşıb.  Bank müştərilərinə göstərilən xidmətin opreativliyi və keyfiyyəti “ST.BANK.İT.Elektron bank” həllinin işlənib hazırlanmasında nəzərə alınmışdır. Sistemdə qabaqcıl yanaşmalar və müasir İT-texnologiyalardan istifadə olunur. Bankın müştərilərinə təqdim olunmuş müstəqil olaraq öz hesablarını idarə etmək və bankdan pul vasitələri haqqında operativ informasiya almaq imkanı banka müştərilərin loyallığını və etibarını artırmağa imkan yaradır.

Məlumatın analizinin elastikliyi və operativliyi mərkəzləşdirilmiş, inteqrasiya edilmiş “ST.BANK.İT.Analitika və hesabdarlıq” həllinin yaradılmasında istifadə edilmişdir. ST.BANK.İT- nin müasir İT həlləri bank rəhbərliyinə məlumatın operativ analizi hesabına inkişafin yeni perspektivlərini açır. Bu idarəetmədə əlavə rəqabət üstünlüyü verir. Analizin operativliyi bankın cari fəaliyyətinin göstəricilərinin onun effektiv inkişafının proqnozlaşdırılması məqsədilə hesaba alınması üçün vacibdir. Bizim “ST.BANK.İT.Analitika və hesabdarlıq” həllimiz banka bunu məlumat itirmədən və ən qısa müddətdə həyata keçirməyə imkan yaradır.

Bank informasiya texnologiyaları bazarının tələblərinə uyğun olaraq “Ultra” şikəti internet, mobil və stasionar telefon rabitəsi və digər müasir kommunikasiya kanallarının istifadəsi ilə bankın şəxsi müştərilərinin (fiziki şəxslərin) kompleks xidmət alması üçün nəzərdə tutulmuş “ST.BANK.İT. MultiChanel” həllinin tətbiqi ilə məşğul oldu.

“ST.BANK.İT.CRM” (Customer Ralations Management) inteqrasiya edilmiş həll-alt sistem bankın müştəri istiqamətli korporativ siyasətinin reallaşdırılması üçün nəzərdə tutulmuşdur. Alt sistem Oracle VBİS platformasında Veb-bələdçidən klassik iki səviyyəli arxitektura və müasir üç səviyyəlik arxitekturadan istifadə edilməklə işlənib hazırlanmışdır. Bu bankın müştəri istiqamətli korporativ siyasətinin aşağıdakı isitqamətlərdə reallaşdırılması üçün nəzərdə tutlmuş avtomatlaşdırılmış bank sistemidir:

•    müştərilərdən alınan gəlirin artırılması;
•    müştərilərin loyallığının artırılması;
•    köhnə müştərilərin saxlanılması və yenilərinin cəlb edilməsi.

Bank texnologiyasında iştirak edən külli miqdarda sənədlər üzərində vacib idarə olunmanın olmaması, əməliyyat riskinin artmasına gətirib çıxarır. Sənədlərin işlənilməsində və ya digər bank sistemlərindən olan məlumatı əl ilə daxil edilməsində səhvlərə və məlumatın qərar verən şəxslərə vaxtsız çatdırılmasına yol verilə bilər. “ST.BANK.IT.Kredit sənəd dövriyyəsi” innovativ alt sistem digər xarici informasiya sistemləri ilə asan şəkildə inteqrasiya edir və bu əməkdaşların səhv etmə riskini xeyli azaldır. Beləki, məlumatın bir sistemdən digərinə əl ilə daxil edilməsinə ehtiyac qalmır. Sənədlərin müxtəlif yerlərdə və  qoşmalarda saxlanılması sənədlərin axtarılmasını xeyli çətinləşdirir, onların təkrarlanması və versiya müxtəlifliyi istisna deyil. Buna görə də “ST.BANK.IT.Kredit sənəd dövriyyəsi” alt sistemində kreditin mərhələsindən asılı olaraq bütün sənədlər mərkəzləşdirilmiş formada, məlumatın lazım olan kəsimində axtarmaq və sortlama imkanı ilə saxlanılır. “ST.BANK.IT.Kredit sənəd dövriyyəsi” çoxistifadəçili alt sistem bankın müxtəlif filiallarında və ya bütün kredit məhsullarının satış nöqtələrində quraşdırıla bilər  və verilən məlumata daxil olma hüquqlarına uyğun olaraq fərdi kökləməyə əsasən bütün istifadəçilər vahid məlumat bazasına daxil olma hüququ alır. “ST.BANK.IT.Kredit sənəd dövriyyəsi” alt sistemi rəhbərlərə kömək edəcək:

•    kreditin verilməsi haqda qərara sərf olunan vaxtın azaldılmasına;
•    kreditlərin razılaşdırlması və verilməsi biznes-prosesinin şəffaflığının təmin olunması və standartlaşdırmasına;
•    kredit sazişlərinin müşayiət olunması prosesinin təşkil olunmasına;
•    proseslər üzərində ümumi idarəetməni həyata keçirməyə;
•    real vaxt rejimində bankın bölmələrinin işinin idarə edilməsinə;
•    bölmə və modulların mərhələ üzrə qoşulmalarının keçirilməsinə

Kredit şöbəsi əməkdaşları üçün üstünlüklər:

•    sənədlərin replikasiyası və göndərilməsindən imtina;
•    hesabatların axtarılması və tərtib olunmasına sərf olunan iş vaxtına qənaət;
•    baxış hesabına sazişin yaradılmasının sürətləndirilməsi;
•    vahid müştəri bazasının yaradılması;
•    məlumatın yenidən istifadə oluna bilməsi imkanı.

“ST.BANK.IT.Kredit sənəd dövriyyəsi” alt sistemi bank biznes-prosesinin avtomatlaşdırlımasının nümunəsidir və kreditlərlə əsas kompleks iş proseslərini təmin edir.

Beləliklə, səciyyəvi biznes-porseslərinin avtomatlaşdırılması əməyin məhsuldarlığını optimallaşdırır, maddi xəcləri və əməliiyatın icra vaxtını azaldır, işin sürəti və effektivliyini artırır, əməkdaşların səhvləri və əməliyyatın icra vaxtının gecikdirilməsi ilə bağlı əməliyyat risklərini minimallaşdırır. “ULTRA” və “Sistem Texnologoyaları” tərəfdaş şirkətləri banklara yeni ST.BANK.İT kompleks informasiya həllini təqdim edir və bizim bu və ya digər biznes-tərəşdaşımızın (müştərimizin) hansı konfiqurasiya və hansı sayda proqram lisenziyası əldə etməsindən asılı olmayaraq, məhsulun keyfiyyətli tədarükünə, tətbiqi və dəstəyinə zəmanət verir.

9 fevral 2010-cu il tarixində “ULTRA” və “Sistem Texnologiyaları” (Minsk) şirkətləri arasında bank sektoru üçün Azərərbaycanda informasiya texnologiyalarının tədarükü üzrə tərəşdaşlıq razılaşması imzalanmışdır. “ULTRA” şirkəti “Sistem Texnologiyaları” şirkəti ilə birgə məhsulları Azərbaycan üçün uyğunlaşdırıb və inteqrasiya həllərinin birgə tətbiqini həyata keçirir. Məhsullar yüksək imtinaya davamlılığı, təhlükisizliyi, yüksək keçiricilik qabiliyyəti və həcmləndirilməsinə görə fərqlənirlər.


 
 E-Sənəd Dövriyyəsi
 


Tərəfdaşlar üçün Biznes üçün Ev üçün