Biz başqalarının sabah düşünəcəklərini bu gün edirik!

Azərbaycan bazarında partnyor şəbəkəsinin genişlənməsi «ULTRA» şirkətinin iş istiqamətləri sırasında xüsusi əhəmiyyətli yer tutur.

«ULTRA» və «Adobe Systems Incorporated» şirkətlərinin uğurlu əməkdaşlığı keçən 2009-cu ildən başlanmışdır və müştərək layihələrin irəli sürülməsi və tətbiq olunması bazasında inkişaf edir. «Adobe Systems» həlləri bazasında İT sistemin qurulmasında öz kvalifikasıyasını təsdiq etdiyi üçün «ULTRA» şirkəti «Adobe» tərəfindən Silver partnyor statusu aldı ki, bununla da müştərilərə satıcının ən müasir avadanlıqları, resursları və texniki informasiyasını əldə etmək imkanı verdi.

Əldə olunmuş status «ULTRA» şirkətinin mütəxəssislərinə «Adobe Systems» tərəfindən texniki dəstəyə və «Adobe» həllərini ən yüksək səviyyədə adaptasiya etmək üzrə şirkətə kömək edəcək sistemli təlimlərə müraciət etmək hüququ verir.

Partnyor şirkətlərin qarşısına bu kimi xüsusi tələblər qoyulur: əməkdaşların sertifikatlaşdırılması, proqram məhsullarının böyük satış təcrübəsi, müştərilərin müsbət rəyləri, yerli İT bazarda etibarlı partnyor adı.

«ULTRA» bu tələblərə cavab verir və buna görə də o, «Adobe Systems Incorporated» həlləri işində göstərilən xidmətlərin yüksək səviyyəli kvalifikasiyasını və keyfiyyətini təsdiq edən  Silver Partnyor statusunu almışdır.

Şirkətlərimiz arasında əməkdaşlığın bu partnyor statusu ilə möhkəmləndirilməsi bir daha təsdiq edir ki,  «ULTRA» əldə olunanlarla kifayətlənmək fikrində deyil, və yaxın gələcəkdə «Adobe Systems» üzrə ixtisasların sayını genişləndirilməsini planlaşdırır.

Silver Partnyor statusunun əldə olunması «Adobe» şirkətinin təklif etdiyi müxtəlif imkanlardan, o cümlədən satış, marketinq və tədris sahəsində əlavə resurslardan istifadə etmək hüququ alaraq «ULTRA» şirkəti qarşısında bazarda öz mövqeyini inkişaf etdirmək və möhkəmləndirmək üçün yeni üfüqlər açır.

Silver Partner statusu «ULTRA» şirkətinin müştərilərinə Adobe proqram məhsullarının tətbiq olunması məsələləri və dəstəyin təmin olunması ilə məşğul olan müətəxəssislərin professionallığı barədə zəmanət verir.

«Adobe» həlləri Azərbaycan ərazisində layiqli populyarlıqla istifadə olunur və onun məhsullarının potensialı kifayət qədər böyükdür. Müvafiq olaraq, Adobe məhsullarının bizim bazara çıxarılması «ULTRA» şirkətinin qarşısında dayanan prioritet məsələyə çevrilir, partnyorlarla iş mexanizmi isə bu işin uğuruna təminatdır. Mütəxəssislər komandasının yüksək professionallığının yerli bazarın xüsusiyyətlərinə dair biliklərlə uyğunlaşdırılması «ULTRA» şirkətinə «Adobe Systems» məhsullarının tətbiq olunmasında əhəmiyyətli uğurlar əldə etməyə, və yaxın gələcəkdə partnyor əlaqələrini genişləndirməyə imkan verir.

Arayış: 2009-cu ilin noyabrından «ULTRA» və  «Adobe Systems Incorporated» şirkətləri arasında «Adobe» şirkətinin məhsullarını və həllərini Azərbaycanda tədarükünə dair partnyorluq haqqında razılaşma imzalanmışdı. «ULTRA» şirkəti ADOBE LIVECYCLE ES2 və ADOBE ACROBAT CONNECT PRO həllərinin adaptasiya və tətbiq olunmasını həyata keçirir. Məhsullar asan inteqrasiya olunma, səhvə davamlılıq, təhlükəsizlik, yüksək keçiricilik qabiliyyəti və miqyaslılığı baxımından fərqlənir.


 
 E-Sənəd Dövriyyəsi
 


Tərəfdaşlar üçün Biznes üçün Ev üçün