Ultra şirkəti ƏN AKTİV PR XİDMƏTİ nominasiyası üzrə qalib oldu!

52 dövlət, qeyri-kommersiya və biznes strukturunun mətbuat və PR xidmətinin iştirak etdiyi müsabiqədə 9 nominasiya üzrə qalib olanlar arasında Ultra şirkəti də oldu.

Şirkət Distribüsiya sahəsi üzrə 2010-cu ilin ƏN AKTİV PR XİDMƏTİ nominasiyası üzrə qalib oldu. Qeyd edək ki, Ultra şirkətinin marketinq şöbəsi bu müsabiqədə artıq 4 ildir ki, qalib olur. Şirkətin marketinq strategiyası və ictimaiyyətlə əlaqələr istiqamətində görülən işlər ölkə və ölkədən kənar tədbir və müsabiqələrdə layiqincə qiymətləndirilir.

“İlin ən yaxşı PR xidməti” Müsabiqəsi

“İlin ən yaxşı PR-xidməti” müsabiqəsi 2006-cı ildən “Press-reliz Yayım Xidməti” tərəfindən təşkil olunur. Artıq beşinci dəfə keçirilən müsabiqə “Alfa Alliance Group” Kommunikasiya Agentliyinin və “Anadolu Media” şirkətinin dəstəyi ilə keçirilir.

Müsabiqənin keçirilməsinin əsas məqsədi Azərbaycanda fəaliyyət göstərən təşkilat və şirkətlərin ən fəal və səmərəli fəaliyyəti ilə seçilən PR və mətbuat xidmətlərinin müəyyənləşdirilməsi və PR xidmətlərinin işindəki müsbət təcrübənin yayılmasından ibarətdir.



 
 E-Sənəd Dövriyyəsi
 


Tərəfdaşlar üçün Biznes üçün Ev üçün