Gələn həftə Elektron İmza verilməsi üzrə Sertifikasiya Mərkəzinin təqdimatı olacaq

Gələn həftə Bakıda rəqəmsal imzaların verilməsi üzrə Sertifikasiya Mərkəzin rəsmi təqdimatı olacaq. Rəqəmsal imzanın əsas üstünlüyü iş münasibətlərinin və əlaqələrin elektron formaya keçirilməsidir.

Azərbaycanda rəqəmsal imzaların verilməsi üzrə infrastruktur istismara tamamilə hazırdır.

Layihə “Elektron İmza və Elektron Sənəd haqqında” Qanuna uyğun olaraq Ultra şirkəti, Azərin və Microsoftun yerli nümayəndəliyindən ibarət konsorsium tərəfindən həyata keçirilir. Azərbaycanda elektron imzanın verilməsi üzrə üç mərkəzin fəaliyyətə başlaması nəzərdə tutulur. Belə ki, bunlardan ikisi dövlət və özəl strukturlara xidmət göstərəcək, digəri isə əsas mərkəz olacaq.

Elektron imza göndərilən sənədin xüsusi proqram təminatı vasitəsilə yenidən formalaşması hesabına alınan simvolların müəyyən ardıcıllığı üzərində qurulub. Göndərilən sənədə elektron imza əlavə edilir və nəticədə sənədin müəllifi və məlumatlar dəyişməz olaraq qalır. Göndərilən sənədə istənilən dəyişiklik elektron imzanın etibarlılığının itirilməsinə gətirib çıxarır.

Elektron imzanın alınması təşkilatların İnternet vasitəsilə mübadilə etdiyi sənədlərin məzmununa və müəlliflinə əmin olmağa imkan verir. Elektron imzanı saxtalaşdırmaq mümkün deyil. Rəqəmsal imza və əllə imzalanmış sənədlər ekvivalent hesab olunur.


 
 Bank.İT.Elektron bank
 


Tərəfdaşlar üçün Biznes üçün Ev üçün