Heydər Əliyev Fondunun dəstəyi ilə Ultra şirkəti Elektron bələdçiləri Qala muzey kompleksində olan Əntiq əşyalar muzeyində tətbiq etdi.
Sentyabrın əvvəlində Qala qəsəbəsində açıq səma altında ilk tarixi-etnoqrafik muzey kompleksinin ərazisində yerləşən Əntiq əşyalar muzeyinin açılışı oldu. Muzeyin təməli Heydər Əliyev fondunun dəstəyi ilə 2011-ci ilin iyununda qoyuldu və mühəndis, bərpaçı, mesenat və Qarabağ müharibəsi əlili «Azərbaycan bayrağı» ordeni kavaleri Şəhidə Həbibullayevanın şəxsi kolleksiyası üzrə yaradılıb.
Ziyarətçilər bələdçilərin xidmətləri vasitəsilə keçmişə baş vuraraq Qala muzey kompleksində yerləşən ərazidə nümayiş etdirilən eksponatlar barədə daha çox şey öyrənə bildilər və indi onlarda elektron bələdçilərin köməyi ilə muzey üzrə ekskursiyanın bütün gözəlliklərini hiss etmək imkanı yarandı. Bu layihə Heydər Əliyev Fondunun və Ultra şirkətinin sıx əməkdaşlığı vasitəsilə hazırlanıb və həyata keçirilib.
Elektron bələdçi zahirən sensor ekranlı və möhkəm korpuslu zərif telefon dəstəyinə bənzəyir.
Elektron bələdçi – bu muzey ziyarətçilərinin fərdi bələdçisidir və onun istifadəsinin əsas üstünlüklərindən biri də odur ki, ziyarətçini eksponatla sıx kontaktda saxlayır.
2008-ci ildən Ultra şirkəti «Elektron bələdçi» layihəsini tətbiq etməkdədir.
Qeyd edək ki, Elektron bələdçilərin tətbiqi daha çox Avropa ölkələrində yayılıb və həmçinin onu bir çox Rusiya muzeyləri tətbiq edir: Puşkin adına Dövlət İncəsənət muzeyində (Moskva ş.), Tretyakov qalereyasında (Moskva ş.), Ermitajda (Sankt Peterburq ş.), Rusiya Dövlət Muzeyində (Sankt Peterburq ş.).
< Əvvəlki | Növbəti > |
---|