ZyXEL Keenetic Lite - daha geniş imkanlar!

ULTRA şirkəti Azərbaycan bazarına daha bir yenilik– internet mərkəzinin yeni ZyXEL Keenetic Lite modelini təqdim etdi. İlk baxışdan adi kompakt marşrutizatora bənzəyən internet mərkəzi ən yeni funksional imkanları özündə birləşdirir. Onun köməyi ilə şəxsi ev şəbəkəsini yaratmaq, fayl mübadiləsi şəbəkələrində (BitTorrent, eMule) iştirak etmək mümkündür.

 

B/g/n standartlarını dəstəkləyən yeni nəsil Wi-Fi simsiz şəbəkəsinin quraşdırılmış giriş nöqtəsi tək noutbukları deyil, həmçinin müxtəlif multimedia qurğularını qoşmağa imkan verir.
Zyxel Keenetic Lite internet mərkəzinin yeni funksiyalarından biri TVport-dur. Bunun köməyi ilə Siz əlavə qurğulardan istifadə etməyərək IP televiziyaya qoşula və keyfiyyət itkisi olmadan yüksək sürətlə televerilişləri qəbul edə bilərsiniz.
Keenetic Lite internet mərkəzi Lunix əsaslı proqramlara malikdir ki, marşrutizatorun bütün müasir İnternetə qoşulma standartlarının dəstəklənməsini təmin edir. Bundan əlavə, provayderlərimiz tərəfindən ən qısa zaman ərzində istifadə olunacağı proqnozlaşdırılan yeni MetroInternet texnologiyası da tətbiq olunub. 
Bütün bunlar mütəxəssislərə müraciət etmədən təchizat paketinə daxil olan NetFriend proqramı vasitəsilə sazlana bilər.  
Şübhəsiz ki, belə funksionala və istifadəçi üçün rahat interfeysə malik  ZyXEL Keenetic Lite Azərbaycan bazarında marşrutizatorların satışında aparıcı mövqelərdən birini tutacaq.  

 


 
 Bank.İT.Elektron bank
 


Tərəfdaşlar üçün Biznes üçün Ev üçün