ULTRA şirkəti Türkiyədə

6-9 oktyabr tarixlərində İstanbulda keçirilən regionun ən iri informasiya-kommunikasiya texnologiyaları (İKT) sərgisi olan CeBIT Bilisim Eurasia-da Azərbaycan rəsmi tərəfdaş kimi çıxış edib.

Sərginin işində 16 ölkədən təqribən 1066 şirkət iştirak etmişdir. Sərginin əsas məqsədi İKT sahəsində innovativ məhsulların və xidmətlərin təqdim olunmasından ibarətdir.

Artıq bir neçə ildir ki, Azərbaycan informasiya texnologiyaları sərgilərində aktiv iştirak edir. Bu dəfə Azərbaycan İKT sahəsində layihələrin müvəffəqiyyətini sərgidə ən iri pavilyonlardan biri olan ayrıca pavilyonda nümayiş etdirib. Pavilyonun əsas məqsədi həm dövlət, həm də özəl sektorunda İKT sahəsində son nailiyyətlərin təqdim olunmasından ibarət idi. Pavilyonda Azərbaycanı ULTRA şirkəti daxil olmaqla 20 şirkət təmsil etmişdir.

ULTRA şirkətinin pavilyondakı stendlərində ənənəvi olaraq “Elektron hökumət”lə bağlı layihələr nümayiş etdirilib: bank sektoru, elektron təhsil, elektron sığorta və elektron sənəd dövriyyəsi üzrə innovasiyalar, həmçinin fiziki və hüquqi şəxslərin identifikatoru kimi çıxış edən “Elektron imza” layihəsi təqdim olunub.


 
 U-SAFE
 


Tərəfdaşlar üçün Biznes üçün Ev üçün