ULTRA şirkəti Əmək yarmarkasında iştirak etdi

13 oktyabr tarixində Azərbaycan Dövlət İqtisad Universitetində Əmək yarmarkası keçirilib.ULTRA şirkəti həmin Yarmarkanın işində aktiv iştirak edib. Şirkətin baş direktoru Z.Məmmədzadənin dediklərinə görə, “məzunlar üçün Yarmarkanın keçirilməsi, şübhəsiz ki, işəgötürənlər üçün yaxşı bir fürsətdir ki, gənc kadrlarla tanış ola və onları ilk olaraq işə götürə bilsinlər.

Gənc nəsil, xüsusən də informasiya texnologiyaları əsrində  əsas investisiya sahəsidir”.

Qeyd edək ki, hazırda ULTRA şirkəti Azərbaycanda informasiya texnologiyaları sahəsində aparıcı yerlərdən birini tutur və gənc mütəxəssislər üçün qapısı hər zaman açıqdır. Belə ki, ötən Yarmarka ərzində şirkət tərəfindən 500-dən artıq tərcümeyi-hala baxılıb. Xatırlatmaq lazımdır ki, hər il ULTRA şirkəti Azərbaycan Dövlət İqtisad Universitetinin tələbələrinə maliyyə və kredit ixtisasları üzrə şirkətin özündə 1 ay ərzində təcrübə keçmək imkanını yaradır. Bu il isə Azərbaycan Dövlət İqtisad Universitetinin ən yaxşı tələbələri üçün ULTRA şirkətinin rəhbərliyi və əməkdaşları tərəfindən çoxsaylı treninqlər və təqdimatlar təşkil olunub.


 
 Elektron təhsil
 


Tərəfdaşlar üçün Biznes üçün Ev üçün