ULTRA HP ilə yüksək tərəfdaşlıq statusunu təsdiq etdi

Azərbaycanın İT bazarında proqram həllərinin aparıcı təchizatçısı və sistem inteqratoru olan ULTRA şirkəti 2012-ci il üzrə HP Preferred Partner Gold statusunu təsdiqlədi, bu da müxtəlif texnoloji həllər təklif edən dünyaca məşhur vendorla sıx tərəfdaşlıq münasibətlərinin göstəricisidir.

HP Preferred Partner Gold statusu Hewlett Packard şirkətinin keyfiyyət standartlarına və şərtlərinə cavab verən həllərin və texnologiyaların tətbiqində ULTRA şirkətinin çoxillik müsbət təcrübəyə malik olduğunu sübut edir. Bu statusa malik şirkətlər istehsalçı tərəfindən hərtərəfli dəstək əldə edir və onunla birbaşa əlaqədə olurlar.

HP Preferred Partner Gold spesifikasiyası sayəsində ULTRA şirkəti layihələrin keyfiyyətli planlaşdırılmasını, işlənib hazırlanmasını və HP məhsullarının mükəmməl texniki dəstəyini təmin etməklə öz müştərilərinə İT sahəsində investisiyaların qorunmasına zəmanət verir. ULTRA şirkətinin işçi heyəti hər il təlim keçən və müvafiq ixtisaslar üzrə öz səviyyələrini artıran yüksək ixtisaslı mütəxəssislərdən ibarətdir. Əməkdaşlarımızın bilikləri diplomlar və vendor sertifikatları ilə təsdiq edilib.

Qeyd etmək lazımdır ki, ULTRA şirkəti 5-9 dekabr 2011-ci il tarixlərində Vyanada keçiriləcək HP Enterprise Technology and Solutions Summit (ETSS) sammitində iştirak edəcək. Sammitdə texniki məsələlər və HP ExpertOne proqramı üzrə planlaşdırılan yeni məhsullar müzakirə olunacaq.


 
 Elektron təhsil
 


Tərəfdaşlar üçün Biznes üçün Ev üçün