«Telekommunikasiya və İnformasiya Texnologiyaları» BakuTel 2011 17-ci Beynəlxalq Sərgisi və Konfransı

Noyabr ayının 23-dən 26-a qədər Bakıda «Telekommunikasiya və İnformasiya Texnologiyaları» BakuTel 2011 17-ci Beynəlxalq Sərgi və Konfransı keçirildi.

Bu il sərgidə dünyanın 29 ölkəsindən 250 şirkət toplaşmışdı. BakuTel 2011 sərgisində ilk dəfə Avstriya, Belarus, Fransa, İsrail, İspaniya, Kanada, Latviya, Litva, Rumıniya, ABŞ, Estoniya və digər ölkələrin şirkətləri iştirak etdilər.
BakuTel2011 sərgisinin açılışında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və həyat yoldaşı Mehriban Əliyeva iştirak etdilər. Prezident və həyat yoldaşı təklif olunan xidmətlər, o cümlədən informasiya texnologiyaları bazarında olan yeni məhsullar barədə məlumatlandırıldılar.
Sərgidə daim iştirak edən ULTRA şirkəti Elektron hökumət layihəsi sahəsində öz həllərini nümayiş etdirdi və Azərbaycan bazarında bu seqmentdə birinci və yeganə məhsul sayılan Nexus DocPad planşet kompüterini ölkə prezidentinə və birinci xanıma təqdim etdi.

Açıq sərgidə yüksək vəzifəli şəxslər arasında Avropa Şurası Nazirlər Komitəsinin sədri Yan Kubiç, Beynəlxalq Telekommunikasiya ittifaqının baş katibi Xamadun Ture, İslam əməkdaşlıq təşkilatının baş katibinin müavini Əbdül Muiz Buxari, BMT-nin Baş Assambleyası yanında Elm və Texnologiyalar üzrə Daimi Komitənin baş koordinatoru Attaur Rahman və digər yüksək vəzifəli qonaqların iştirakını qeyd etmək lazımdır. Onlar üçün BakuTel ilin açılışı oldu.

Qeyd etmək lazımdır ki, ULTRA şirkəti Belarus, Rumıniya, Latviya və İngiltərə kimi xarici partnyorlarla olan birgə həlləri də təqdim etdi. Belə ki, tandemdə Siveco (Rumıniya) şirkəti ilə «Elektron Məktəb» layihəsi üçün proqram həllərinin işlənib hazırlanmasını və tətbiqini həyata keçirir.
Latviya proqram tərtibatçısı ilə əməkdaşlıqda DocLogix proqram təminatı ilə ULTRA eyni adlı DocLogix elektron sənəd dövriyyəsi layihəsini təqdim edir.

«Sistem Texnologiyaları» (Belarus) şirkəti ilə birgə proqram məhsulları işlənib hazırlanır və bank sektoru üçün artıq hazır həllərin tətbiqi həyata keçirilir.

Həmçinin xatırladaq ki, ULTRA şirkəti BakuTel 2011 sərgisində informasiya təhlükəsizliyi ilə məşğul olan Thales ingilis şirkətinin rəsmi tərəfdaşı kimi təqdim edilmişdi.
BakuTel sərgisi biznes-tərəfdaşlarla görüş və onların həllərinin nümayişini üçün meydança hesab olunur. Dörd gün ərzində yeni müqavilələr bağlanır və bütün dünya şirkətləri arasında aktiv təcrübə mübadiləsi aparılır. Həmçinin sərgi yeni biliklər əldə etmək üçün gələn və gələcək iş üçün yer axtaran İT-ixtisaslı tələbələr arasında böyük populyarlığa malikdir.

 
 Bank.İT.Elektron bank
 


Tərəfdaşlar üçün Biznes üçün Ev üçün