“Eurovision-2012” mahnı müsabiqəsinin rəsmi saytının təqdimatı baş tutdu

2012-ci il yanvarın 26-da “Eurovision-2012” mahnı müsabiqəsi saytının ilk mətbuat konfransı və təqdimatı keçirildi. Təqdimatda müsabiqənin rəsmi nümayəndələri iştirak etdilər: “Eurovision” mahnı müsabiqəsinin icraçı direktoru Yan Ola Sand, təşkilatı məsələlər üzrə direktor Sietse Bekker, eurovision.tv saytının rəhbəri Yorqan Frank, müsabiqənin işçi qrupunun rəhbəri Adil Kərimli, və həmçinin müsabiqənin ictimaiyyətlə əlaqələr və kommunikasiya rəhbəri Tahir Məmmədov. Qeyd edək ki, “Eurovision” mahnı müsabiqəsi hər il dünyanın bir çox ökəsində böyük diqqət ayrılan ən böyük musiqi tədbiri hesab olunur.

Tədbirdə mətbuat nümayəndələrinə Azərbaycan və “Eurovision 2012″ ilə bağlı videoçarx nümayiş etdirilib və eurovision.az saytının təqdimatı keçirilib. Mətbuat konfransının gedişatındə Azərbaycandan və dünyanın digər ölkələrindən olan kütləvi informasiya vasitələri nümayəndələrinin “Eurovision-2012” mahnı müsabiqəsi haqqında çoxsaylı suallarını birbaşa müsabiqənin rəsmi nümayəndələri cavablandırmışlar.

Azərbaycanda “Eurovision-2012” mahnı müsabiqəsinə həsr olunmuş informasiya portalı ULTRA şirkəti tərəfindən işlənib hazırlanmışdır. Saytın dizaynı ilə əlaqədar tərtibat və konsultasiya üçün eyni zamanda xarici ekspert də cəlb olunmuşdur. Portalda müsabiqəyə hazırlıqla əlaqədar ən son xəbərlər, müsabiqə iştirakçıları və onların təmsil etdiyi ölkələr haqqında məlumatlar, eksklüziv foto və video reportajlar yer alır. Hal-hazırda “Eurovision-2012” saytı azərbaycan və ingilis dillərində fəaliyyət göstərir, gələcəkdə isə dil dəstəyinin genişləndirilməsi nəzərdə tutulur. Saytın məlumatları Azərbaycanın ən böyük provayderi olan DeltaTelecom şirkətinin data mərkəzində yerləşdirilmişdir.

“Eurovision” informasiya saytı ULTRA şirkətinin mütəxəssisləri tərəfindən bu tipli saytların işlənib hazırlanmasında tələb olunan təhlükəsizlik və etibarlılıq tələblərinə cavab verən, məhz bu məqsəd üçün hazırlanmış komponentlərin bazasında yaradılmışdır. Gün ərzində bir neçə dəfə portalın ehtiyat kopiyası yaradılacaq. Saytın təhlükəsizliyini təmin etmək üçün digər dövlətdən təhlükəsizlik üzrə auditor şirkəti cəlb olunmuşdur. Eyni zamanda onlayn səsvermə funksiyası istifadəyə verilmişdir. ULTRA şirkəti bundan sonra da eurovision.az saytının texniki dəstəyini həyata keçirəcək.

“Eurovision” mahnı müsabiqəsi haqqında xəbərlərdən əlavə saytın ziyarətçiləri Azərbaycanın tarixi və arxitektur abidələri, mehmanxanaları, muzey və restoranları haqqında məlumat ala, ölkənin tarixi ilə tanış ola biləcək. «360 view» rubrikası vasitəsilə paytaxt üzrə virtual gəzinti həyata keçirmək mümkündür. «360 view» funksiyası gəzintidə tam iştirak təəssüratı yaradır və Bakının mənzərəsi ilə həm uzaqdan, həmdə daha ətraflı tanış olmaq imkanı verir. Saytın kontenti paytaxt üzrə nəqliyyat vasitələri haqqında məlumat verir, o cümlədən Bakı metropoliteninin xəritəsini nümayiş etdirir. Hava haqqında məlumat və valyuta məzənnələri haqqında məlumat verilir.

Resurs vasitəsilə bu il Azərbaycanın paytaxtı Bakıda keçiriləcək “Eurovision-2012” mahnı müsabiqəsinə onlayn rejimdə bilet əldə etmək, ölkə üzrə səyahət sifariş etmək, avio biletlər və mehmanxana nömrələri bron etmək mümkün olacaq.

Sosial video :Bakı Eurovision 2012 - Mahnı müsabiqəsinin rəsmi veb səhifəsinin təqdimatı


“Ultra şirkətinin layihələrin idarəedilməsi departamentinin direktor müavini və həmçinin eurovision.az saytı layihəsinin rəhbəri Sərxan Məmmədovun müsahibəsi”


 
 U-SAFE
 


Tərəfdaşlar üçün Biznes üçün Ev üçün